15:52
PDF yükləyin
10 fevral 2025, 15:52
Prezident İlham Əliyev Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Ambruaz Düponun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlət başçısı senator Ambruaz Düponun ölkəmizə yenidən səfər etməsindən məmnunluğunu ifadə etdi. Ambruaz Düponla keçirdiyi ötən görüşlərini xatırlayan Prezident İlham Əliyev onun ölkəmizə bu səfərinin də uğurlu olacağına əminliyini bildirdi. Azərbaycan ilə Fransa arasında əlaqələrin uğurla və sürətlə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bu səfərin Fransa-Azərbaycan əlaqələrinin daha da genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu dedi. Ölkələrimiz arasında əməkdaşlığın səviyyəsinin razılıq doğurduğunu deyən dövlətimizin başçısı əlaqələrin bundan sonra da möhkəmləndirilməsinin zəruriliyini qeyd etdi.
Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Ambruaz Düpon bu səfər zamanı da Bakıda böyük inkişafın şahidi olduğunu və dəyişikliklərin onda dərin təəssürat yaratdığını vurğulayaraq son bir neçə ildə paytaxtımızda gedən inkişaf proseslərinin önəmini qeyd etdi. O, ölkəmizə ilk səfərini və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşünü məmnunluqla xatırladı. Ümummilli liderlə görüşün onda böyük təəssürat yaratdığını deyən qonaq ölkəmizə həmin səfərindən sonra Azərbaycanı daha yaxından tanımağa başladığını dedi.
Görüşdə Azərbaycan-Fransa parlamentlərarası əlaqələrin önəmi qeyd edilərək bu əlaqələrin münasibətlərimizin daha da genişləndirilməsi işinə öz töhfəsini verdiyi vurğulandı.
PDF yükləyin
10 fevral 2025, 15:52Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin ötən il dekabrın 25-də Qazaxıstan Respublikası ərazisində qəzaya uğraması və...
10 fevral 2025, 15:50Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan...
07 fevral 2025, 15:39Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin...
07 fevral 2025, 15:37Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini...
07 fevral 2025, 15:35Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin Klinikası” publik hüquqi...
07 fevral 2025, 13:10Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...
06 fevral 2025, 15:58Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan...
06 fevral 2025, 15:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının maliyyə naziri təyin...
06 fevral 2025, 15:54Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial...
06 fevral 2025, 15:52Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident İlham Əliyev.
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insanın...
05 fevral 2025, 19:12