Prezident İlham Əliyevin Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə təkbətək görüşü olub.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olundu.
Türkiyənin Baş naziri Binəli Yıldırımın Azərbaycana səfərinin əlaqələrimizin daha da genişləndirilməsinə töhfə verəcəyi qeyd edildi.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.