Qarabağ iqtisadi zonasında kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı məsələlərinə həsr olunmuş müşavirədə İlham Əliyevin yekun nitqi

06 may 2011, 21:20
Qarabağ iqtisadi zonasında kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı məsələlərinə həsr olunmuş müşavirədə İlham Əliyevin yekun nitqi

- Kənd təsərrüfatı bizim üçün prioritet sahədir. Qeyd etdiyimiz kimi, biz kənd təsərrüfatının inkişafı hesabına həm işsizliyin aradan qaldırılmasına nail olacağıq, həm yerli istehsalın inkişafını təmin edəcəyik və həm də ölkə iqtisadiyyatı daha da dayanıqlı olacaqdır. Nəzərə alsaq ki, Azərbaycan əhalisinin təxminən 50 faizi kəndlərdə yaşayır, bu, böyük sosial məsələdir. Ona görə, növbəti illərdə əlbəttə ki, dövlət investisiya proqramında bütün bu məsələlər nəzərdə tutulacaqdır. Növbəti illərdə kəndlərin inkişafına daha da böyük diqqət göstərilməlidir.

Böyük işlər görülübdür. İndi qazlaşdırma prosesi gedir. Elektrik enerjisi ilə təchizat demək olar ki, öz həllini tapmışdır. Bütün rayonlarda, kəndlərdə qaz xətləri çəkilir. 2012-ci ilin sonuna qədər mənim tərəfimdən verilən tapşırığa uyğun olaraq, əksər kəndlərdə bütün qazlaşdırma işləri başa çatmalıdır. O ki qaldı Qarabağ zonasına, burada hesab edirəm ki, yüz faiz qazlaşdırma təmin edilməlidir və bu istiqamətdə işlər gedir.

İçməli su və kanalizasiya problemləri ənənəvi olaraq bizi, necə deyərlər, həmişə incidir, üzür. Çünki kanalizasiya xətlərinin olmaması, içməli suyun lazımi səviyyədə verilməməsi xüsusilə kənd yerlərində ən ciddi problemdir. Bu məsələnin həlli üçün ölkə miqyasında konkret proqramlar icra edilir. Çalışacağıq ki, 2013-cü ilin sonuna qədər bu məsələ də tam şəkildə öz həllini tapsın. Düzdür, burada çox böyük investisiyalar nəzərdə tutulur və texniki çətinliklər vardır. Ancaq müvafiq tapşırıqlar verilib və yenə də deyirəm, çalışacağıq ki, regional proqramın icrası, eyni zamanda, bu məsələləri ehtiva etsin. 2013-cü ilə qədər maksimum nə mümkündürsə etməliyik.

Kənd yollarının çəkilişi prosesi daha da sürətlə gedir. Dünən və bu gün 4 rayonda yeni kənd yollarının açılışlarını etdik və bu proses davam etdirilməlidir. Nəinki bu bölgədə, bütün rayonlarda. Əlavə vəsait ayrılır və kənd yollarının tikintisi həm sosial, həm iqtisadi cəhətdən çox vacib olan məsələlərdir. Bu məsələyə həm bu ilin büdcəsində əlavə vəsait nəzərdə tutulub və gələn ilin büdcəsində də mütləq kənd yollarının tikintisinə daha da böyük diqqət göstərilməlidir.

Prezident Administrasiyasına göstəriş verilib, yerlərdən bütün təklifləri almısınız. O təkliflər mənə verilibdir. O təkliflər əsasında Prezidentin ehtiyat fondundan bu yollara - Sabirabad, Saatlı, İmişli, Ağcabədi rayonlarında kənd yollarına vəsait ayrıldı. Bu, ən vacib yollar idi. Misal üçün, Sabirabad rayonunda 68 kilometr, Ağcabədidə 24 kilometr, Saatlıda, İmişlidə 27 kilometr yollar böyük kəndləri birləşdirən yollardır. Ancaq belə təkliflər hər bir rayondan gəlir. Ona görə, onları həm bu ilin, həm xüsusilə gələn ilin proqramına salaq ki, biz kənd yollarını maksimum dərəcədə bərpa edək. Özü də biz bu yolları yüksək səviyyədə tikirik. Vaxtilə yollar hamısı torpaq yollar olmuşdur. Heç asfalt vurulmamışdı. İndi gözəl asfalt yollardır. Bu da kəndlərin inkişafına çox böyük təkan verəcəkdir.

Keçən il subasmaya məruz qalmış kəndlərdə bərpa işləri gedir. Böyük işlər görülübdür. Ancaq görüləsi işlər hələ də çoxdur. Dünən Qasımbəyli kəndində olarkən orada yeni məktəbin açılışında iştirak etmişdim. Orada yeni evlər tikilib. Nəinki Sabirabadda, bütün başqa bölgələrdə işlərin böyük əksəriyyəti görülmüşdür. Ancaq gərək bütün kəndlərə diqqət göstərilsin.

Qasımbəylidən qayıdarkən gördüm ki, qonşu kəndin sakinləri yolda durmuşlar, məni gözləyirlər. Mən maşını saxladım, çıxdım soruşdum nədir məsələ? Deyirlər ki, onların kəndində - Əsgərbəyli kəndində işlər ləng gedir. Bir kənddə işlər sürətlə gedir, digər kənddə isə o qədər də sürətlə getmir. Mənim proqramımda Qasımbəyli kəndi nəzərdə tutulmuşdu. Yəqin ona görə ki, orada işlər daha da yaxşı gedir. Amma onun böyründə yerləşən Əsgərbəyli kəndinə getməsəydim bilməyəcəkdim ki, orada vəziyyət necədir. Ona görə belə məsələlərə də diqqət göstərilməlidir.

Mən başa düşürəm ki, işin həcmi çox böyükdür. Gördüyümüz işlər həddindən artıq çox təsirlidir. Biz öz hesabımıza qısa müddətdə - bir neçə ay ərzində işlərin böyük əksəriyyətini görə bilmişik. Dövlət hesabına minlərlə ev, məktəb, sosial obyekt tikilib. 70 min hektar torpaq su altında qalmışdı. Bir neçə min ev tamamilə uçub dağılmışdı. Minlərlə ev qəzalı vəziyyətə düşmüşdü. İndi vaxt keçdikcə biz bu məsələyə yenidən baxmalıyıq. Vaxtilə qəzalı ev kimi qeydiyyata alınmayan evlər sonra qəzalı vəziyyətə düşdü. Yəni, yenidən təftiş aparılmalıdır və qış gələnə qədər əlavə tədbirlər görülməlidir ki, bu evlər bərpa olunsun, zərərçəkmiş bütün insanlar diqqət-qayğı görsünlər.

Ancaq yenə də deyə bilərəm ki, böyük işlər görüldü. Həm bəndbərkitmə işləri, həm evlərin tikintisi, yolların çəkilişi. Azərbaycan xalqı böyük qəhrəmanlıq göstərmişdir. Həm subasmaya məruz qalmış kəndlərdə yaşayan insanlar, həm xilasedicilər, bütün dövlət qurumları çox gözəl işlədilər və çətin vəziyyətdə olan soydaşlarımıza kömək göstərildi.

İnfrastruktur layihələrinin içində suvarma və meliorasiya məsələləri xüsusi məna daşıyır. Əgər biz kənd təsərrüfatımızı bundan sonra da inkişaf etdirmək istəyiriksə və biz bunu mütləq istəyirik, bu məsələlərə daha da böyük diqqət göstərilməlidir. İndi ölkəmizdə böyük layihələr icra edilir. O layihələrin icrası nəticəsində minlərlə, bəlkə də on minlərlə yeni torpaq sahələri suvarılacaqdır. Şəmkirçay, Taxtakörpü su anbarları tikilir, digər layihələr vardır. Kanallar tikilməlidir, Samur-Abşeron su kanalı tikilir. Yəni, bütün bu layihələr böyük investisiyalar tələb edir. Ora yüz milyonlarla manat investisiya qoyulur ki, kənd təsərrüfatının inkişafına təkan verilsin.

Yeni torpaq sahələrinin dövriyyəyə buraxılması nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı artacaqdır. Ancaq bununla bərabər, biz dəfələrlə bu barədə danışmışıq, kənd təsərrüfatının inkişafı intensiv xarakter daşımalıdır. Burada ən müasir texnologiyalar tətbiq olunmalıdır. Biz aqrar elmi bu işlərə cəlb etməliyik. Bu yaxınlarda Elmlər Akademiyasında keçirilən illik yığıncağında da bu barədə fikir mübadiləsi aparıldı. Ondan sonra mənim sərəncamımla xüsusi komissiya yarandı. Baş nazirin rəhbərliyi ilə komissiya yarandı və ümid edirəm ki, komissiya yaxın zamanlarda konkret təkliflər verəcəkdir. Aqrar elmin lazımi səviyyəyə qaldırılmasına böyük ehtiyac vardır.

İndi bizdə bir neçə aqraryönümlü institut fəaliyyət göstərir. O institutların fəaliyyəti daha da təsirli olmalıdır. Onların buraxdığı məhsul daha da keyfiyyətli olmalıdır və institutların işini təkmilləşdirmək üçün konkret təkliflər verilməlidir. Bu təkliflər nədən ibarət olacaq, onu siz müəyyən edəcəksiniz – təklif verəcəksiniz, baxacağıq. Biz doğrudan da aqrar elminə daha da böyük diqqət göstərməliyik. Bu sahəyə kifayət qədər lazımi səviyyədə diqqət göstərilməmişdir. Ancaq indi vaxt çatıb və biz aqrar elmin inkişafı və mütərəqqi texnologiyaların Azərbaycana gətirilməsi sahəsində böyük dönüşə nail ola bilərik. Xüsusilə indi həm texnika, həm ən gözəl cins mal-qara alınır. Amma onların saxlanması, onlar üçün şəraitin yaradılması, bütün ətraf infrastruktur əgər lazımi səviyyədə olmasa, istədiyimiz nəticəni verməyəcəkdir. Ona görə bütün bu məsələlərə kompleks şəkildə baxılmalıdır. Xarici aqraryönümlü elmi tədqiqat mərkəzləri ilə əlaqələr daha da ciddi olmalıdır. Biz bu işlərə xarici mütəxəssisləri də cəlb etməliyik. Çünki biz bilməliyik dünyada nələr baş verir, hansı ölkədə, inkişaf etmiş ölkələrdə bu məsələlər necə həll olunur?! Onların təcrübəsini tətbiq etməliyik, əlbəttə ki, daxili şəraitə də uyğunlaşdırmalıyıq.

Ona görə bu məsələlər - suvarma, meliorasiya və aqrar elmin inkişafı ilə bağlı məsələlər xüsusi məna daşıyır. Suvarma və meliorasiya məsələlərini biz dövlət investisiyaları hesabına həll edəcəyik. Buna böyük ehtiyac vardır. Əlavə təkliflər verilməlidir. Biz əkin sahələrinin həcmini artırmalıyıq. Dünən İmişli şəkər zavodunda olarkən, - bildiyiniz kimi, orada yeni müəssisələr fəaliyyətə başlayır, - məsələ qaldırıldı ki, zavodun fəaliyyətinin 12 faizi daxili istehsal hesabına təşkil olunur. Bu da müsbət haldır. Çünki zavod fəaliyyətə başlamazdan əvvəl, ümumiyyətlə, bizdə çuğundur çox az əkilirdi. İndi müxtəlif bölgələrdə, rayonlarda çuğundur istehsal olunur və emala gətirilir. Ancaq biz bilirik ki, başqa ölkələrdə şəkər zavodları öz işlərini daha çox yerli xammal üzərində qurur. Hesab edirəm ki, 12 faiz azdır. Ona görə 12 faizdən çox qalxmır ki, münbit torpaq azdır. Ona görə nəinki çuğundurla, bütün başqa sahələrlə bağlı suvarma işləri aparılmalıdır. İndi biz iri taxılçılıq fermer təsərrüfatlarını yaradacağıq.

SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06