Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransının iştirakçılarını qəbul edərkən İlham Əliyevin nitqi

16 may 2011, 20:10
Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransının iştirakçılarını qəbul edərkən İlham Əliyevin nitqi

Mən sizi salamlamağa, yeni görüşümüzə şadam. Bu, çox əhəmiyyətlidir ki, biz tez-tez görüşürük və siz ölkəmizdə tez-tez olursunuz. Biz bunu çox yüksək qiymətləndiririk, bu cür əlaqələr hamımız üçün çox vacibdir. Qafqazın dini liderlərinin bu səviyyədə münasibətləri, Qafqaz xalqları arasında ənənəvi qardaşlığa əsaslanan qarşılıqlı anlaşma bizi çox sevindirir. Biz bu münasibətlərin qədrini bilirik, onları çox yüksək qiymətləndiririk. Əsrlər boyu xalqlarımız arasında həmişə dostluq, qardaşlıq, qarşılıqlı dəstək, qarşılıqlı kömək münasibətləri olmuşdur. Mən şadam ki, bu gün bu münasibətlər davam edir, inkişaf edir və sizin ölkəmizə tez-tez səfərləriniz, eləcə də bizim möhtərəm şeyxin Şimali Qafqaz respublikalarına səfərləri, Şimali Qafqaz respublikalarının rəhbərləri ilə onun görüşləri ölkəmizdə çox yüksək qiymətləndirilir.

Qafqaz bizim ümumi evimizdir, bu, böyük bir ailə, vahid orqanizmdir. Etimad tədbirlərini gücləndirmək, Qafqazda sabitliyi, təhlükəsizliyi möhkəmlətməyə çalışmaq, bu məsələlər üzərində işləmək çox vacibdir. Biz bunu edə bilərik və öz tərəfimizdən bizim regionda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə bundan sonra da töhfə verəcəyik. Hesab edirəm ki, burada əsas amil məhz Yer kürəsinin Qafqaz kimi gözəl guşəsində məskunlaşan bütün xalqlar arasında münasibətlərdir. Dini liderlərin bir yerə toplaşması, müzakirələr aparması, əməkdaşlıq formatına malik olması çox vacibdir. Çünki sizin sözünüzü bizim bütün xalqlar, bütün vətəndaşlar eşidir və hörmətli insanlar, ağsaqqallar kimi sizdən çox şey asılıdır.

Azərbaycan ilə Rusiya arasında münasibətlər və əməkdaşlıq Qafqaz regionunun inkişafının və Qafqazda təhlükəsizliyin möhkəmlənməsinin mühüm amilidir. Bu, regional inkişafın, sabitliyin çox mühüm amilidir. Bizim üçün olduqca xoşdur ki, son illərdə bu münasibətlər çox müsbət, dinamik inkişaf edir. Biz – iki Qafqaz ölkəsi - Rusiya və Azərbaycan regionda vəziyyətin sabitləşməsinə çox böyük töhfə veririk. Bizim birgə fəaliyyətimizdən çox şey asılıdır. Əlbəttə ki, bizim cəmiyyətlərin qarşısında öz həllini tələb edən vəzifələr durur. Hesab edirik ki, iqtisadi rifah və iqtisadi artım sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinin əsas amillərindən biridir. Bu, qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün ən başlıca amildir.

Biz Azərbaycanda bu məsələlərə böyük diqqət yetiririk və ölkəmizin inkişafı nümunəsində görürük ki, işsizlik azaldıqca yoxsulluq da azalır, biznes inkişaf edir, ölkəyə sərmayələr gəlir, təhlükəsizlik və sabitlik tədbirləri möhkəmlənir. Biz öz tərəfimizdən Qafqaz regionunda bütün müsbət proseslərdə fəal iştirak etməyə həmişə hazırıq.

Bizim ümumi vəzifəmiz, ümumi borcumuz elə etməkdir ki, adamlarımız daha yaxşı yaşasın, təhlükəsizlik, layiqli həyat və iş şəraiti olsun, bütün müsbət proseslərə gəncləri fəal cəlb edək. Hazırda biz gənclər siyasətinə dair böyük proqram üzərində işləyirik. Tezliklə 2011-2015-ci illər üçün çox konkret və çox effektiv dövlət proqramı qəbul ediləcəkdir. Həmin proqramda qərarların icra mexanizmləri və müddətləri, maliyyə bazası və ən başlıcası, görmək istədiyimiz nəticə dəqiq müəyyən ediləcəkdir.

Buna görə də biz bu məsələdə də zərurət olarsa, məsləhətləşmələr, təcrübə mübadiləsi aparmağa hazırıq. Çünki bu regionun bir ölkə kimi Qafqazda sülh, təhlükəsizlik, tərəqqi, inkişaf olması bizim üçün çox vacibdir. Azərbaycan xalqı ilə Şimali Qafqaz xalqları arasında ənənəvi qardaşlıq, dostluq münasibətləri vardır. Bizim əməkdaşlıq və qarşılıqlı dəstəyimiz çoxəsrlik tarixə malikdir. Bu əməkdaşlıq indi həm Şimali Qafqaz respublikalarının rəhbərləri ilə mənim əlaqələrim səviyyəsində, həm də insanlar və biznes qurumları arasında əlaqələr səviyyəsində davam edir. Bu, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün çox mühüm amildir.

Fürsətdən istifadə edib sizin vasitənizlə Şimali Qafqaz respublikalarının rəhbərlərinə ehtiramımı və ən xoş arzularımı çatdırmaq istəyirəm. Onların Azərbaycana səfərə gəlmələri barədə dəvətimi bir daha təsdiq edirəm. Onların çoxu artıq dəfələrlə burada olmuşdur. Lakin istərdim ki, əvvəllər olanlar bir də gəlsinlər, hələ burada olmayanlar isə ilk dəfə gəlsinlər. Bunun üçün böyük zəmin vardır. Fikrimcə, bu qarşılıqlı səfərlər münasibətlərimizi daha da möhkəmləndirəcəkdir.

Bu gün Bakıda Əlaqələndirmə Şurasının mühüm tədbiri keçirilir. Mənə xoşdur ki, ölkəmizin paytaxtında bu cür tədbirlərin keçirilməsi həm Qafqaz respublikaları arasında əməkdaşlıq çərçivəsində, həm də dünya miqyasında artıq birinci dəfə deyildir. Bu yaxınlarda biz mədəniyyətlərarası dialoq üzrə böyük forum keçirdik, bütün dünyadan qonaqlar qəbul etdik. Keçən il sizin də iştirakınızla dini liderlərin sammitini keçirdik, bu tədbir də çox uğurlu oldu. Bu il biz Rusiyanın və Azərbaycanın himayəsi ilə birinci beynəlxalq humanitar forum keçirəcəyik. Bu foruma bütün tərəfdaşlarımızı dəvət edəcəyik. Biz bu məsələlərə böyük əhəmiyyət veririk. Onlara iqtisadiyyat və ya sənayenin inkişafı məsələlərindən az əhəmiyyət verilməməlidir, çünki hər şey insanlar üçün, onların rifahı, ölkələrimizin və bütövlükdə regionun təhlükəsizliyi və inkişafı üçün edilir və edilməlidir.

Mən bir daha sizi ürəkdən salamlayıram. Deyirəm: Xoş gəlmisiniz, siz bizim əziz qonaqlarımızsınız. Biz sizi görməyə həmişə şadıq. Sizə və respublikalarınıza firavanlıq və səadət arzulayıram. 

SƏNƏDLƏR Fərmanlar 30 aprel 2025
16:53
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

30 aprel 2025, 16:53
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:09
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”...

29 aprel 2025, 16:09
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:07
Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini,...

29 aprel 2025, 16:07
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2025
12:11
Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 8 aprel tarixli 1658 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan...

29 aprel 2025, 12:11