20:00
![İlham Əliyev Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yaradılan yeni parkın açılışında iştirak edib](https://static.president.az/upload/960x572/2025/02/07/0228110323606baef69f58dd6f13e0c5_3600695.jpg)
Prezident İlham Əliyev Qazaxıstanın YUNESKO-dakı daimi nümayəndəsi, şair, yazıçı Oljas Süleymenovu qəbul etmişdir.
Dövlətimizin başçısı İlham Əliyev Oljas Süleymenovu anadan olmasının 75 illik yubileyi münasibətilə təbrik etdi, ona yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzuladı. Azərbaycanda Oljas Süleymenovun sevildiyini və onun yaradıcılığının ölkəmizdə yüksək qiymətləndirildiyini vurğulayan Prezident İlham Əliyev onun öz mövqeyini daim aydın və prinsipial şəkildə ifadə edərək qazax xalqının maraqlarını müdafiə etdiyini dedi. Dövlətimizin başçısı Azərbaycanın çox çətin vaxtlarında, xalqımızın 20 Yanvar faciəsi ilə üzləşdiyi bir zamanda Oljas Süleymenovun qətiyyətli mövqedə durmasını və Azərbaycanın yanında olmasının xalqımız tərəfindən heç vaxt unudulmayacağını dedi. Prezident İlham Əliyev Qazaxıstanın YUNESKO-dakı daimi nümayəndəsi və ictimai xadim kimi Oljas Süleymenovun bu gün Azərbaycanın uğurlarına və ölkəmizin inkişafına ürəkdən sevinməsini yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliğindəki xidmətlərinə görə dövlətimizin yüksək mükafatını - “Dostluq” ordenini Oljas Süleymenova təqdim etdi.
Qazaxıstanın YUNESKO-dakı daimi nümayəndəsi, şair, yazıçı, Oljas Süleymenov Azərbaycan dövlətinin yüksək ordeninə layiq görüldüyünə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi və bu hadisəni onun Azərbaycana olan münasibətinin yüksək ifadəsi kimi dəyərləndirdi. Azərbaycana səfərləri zamanı ölkəmizdə baş verən böyük inkişaf proseslərini, o cümlədən mədəniyyətin inkişafı sahəsində əldə edilən sanballı uğurların onda sevinc hissi doğurduğunu bildirdi. O, bu gün Azərbaycan xalqının uğurlar qazanaraq öz sevincini dünya ilə bölüşməsinin onda xoş duyğular yaratdığını dedi. Oljas Süleymenov Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkəmizə və xalqımıza bundan sonra da firavanlıq gətirəcəyinə əminliyini ifadə etdi.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan...
07 fevral 2025, 15:39Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin...
07 fevral 2025, 15:37Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini...
07 fevral 2025, 15:35Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin Klinikası” publik hüquqi...
07 fevral 2025, 13:10Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...
06 fevral 2025, 15:58Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan...
06 fevral 2025, 15:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının maliyyə naziri təyin...
06 fevral 2025, 15:54Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial...
06 fevral 2025, 15:52Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident İlham Əliyev.
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insanın...
05 fevral 2025, 19:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Muxtar Bahadur oğlu Babayev Azərbaycan...
05 fevral 2025, 17:24Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər...
05 fevral 2025, 17:22