Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Al Maktumdan

25 may 2017, 17:16

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırır, Zati-alinizin müdrik rəhbərliyi altında dost və qardaş xalqınıza davamlı tərəqqi və yüksək rifah arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək Sizə böyük hörmət və ehtiramımı ifadə edirəm.

Hörmətlə,

Şeyx Məhəmməd bin-Rəşid Al Maktum

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri,

Dubayın Əmiri