11:10

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
İcazə verin, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı və təbriklərimi çatdırım.
Estoniya ölkələrimiz arasında dostluq və qarşılıqlı anlaşma ruhunda qurulmuş əla münasibətləri çox yüksək qiymətləndirir. Mən ölkələrimiz arasında əməkdaşlığın xalqlarımızın rifahı naminə uğurla inkişaf edəcəyinə əminəm.
Zati-aliləri, mənim ən yüksək ehtiramımı, eləcə də Azərbaycanın və onun xalqının rifahı və firavanlığı üçün ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Kersti Kalyulayd
Estoniya Respublikasının Prezidenti
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57