12:50
Cocuq Mərcanlı kənd sakini Oqtay Həziyevin ailə üzvləri ilə görüşdə İlham Əliyevin nitqi
14 iyun 2017, 18:45Bu gün ölkəmizin həyatında əlamətdar gündür, tarixi bir gündür. Bu gün Cocuq Mərcanlı kəndinin bərpası günüdür. Mən sizi və bütün Azərbaycan xalqını bu gözəl hadisə münasibətilə təbrik edirəm.
Cocuq Mərcanlı kəndinin bərpası doğrudan da tarixi hadisədir. Siz - bu kənddə yaşayan insanlar bu kəndin tarixini yaxşı bilirsiniz. İndi bütün Azərbaycan Cocuq Mərcanlı kəndinin tarixini bilir, bütün dünya Cocuq Mərcanlını tanıyır. Bu kəndin Azərbaycan tarixində xüsusi yeri vardır. Siz yaxşı bilirsiniz ki, Cocuq Mərcanlı kəndi cəmi bir neçə ay erməni işğalı altında olub. Bu bir neçə ay ərzində erməni işğalçı qüvvələri kəndi tamamilə dağıtmışdılar, bütün binaları sökmüşdülər. Yəni, Cocuq Mərcanlı kəndi erməni vəhşiliyinin canlı şahididir. 1993-cü ilin dekabrında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilmiş uğurlu Horadiz hərbi əməliyyatı nəticəsində 20-dən çox kənd, o cümlədən Cocuq Mərcanlı kəndi, Horadiz qəsəbəsi, - bu gün Horadiz şəhəridir, - işğaldan azad olundu. Ancaq burada yaşamaq təhlükəli idi. Buna baxmayaraq, Həziyevlər ailəsi burada yaşayıb.
Keçən ilin aprelində erməni hərbi təxribatının qarşısını alarkən Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı keçirmiş və minlərlə hektar Azərbaycan torpağını işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının minlərlə hektar torpağı azad edildi və bu gün on minlərlə hektar torpağa Azərbaycan Ordusu nəzarət edir. Lələtəpə yüksəkliyinin qaytarılması nəticəsində Cocuq Mərcanlıda təhlükəsiz şəraitdə yaşamaq mümkün oldu. Mən keçən ilin sonlarında bu bölgədə, Lələtəpədə, işğaldan azad edilmiş torpaqlarda olarkən, hərbçilərlə görüşərkən maraqlandım ki, Cocuq Mərcanlıda təhlükəsiz şəraitdə yaşamaq mümkündürmü, yoxsa yox. Mənə dedilər ki, mümkündür.
Bu ilin yanvar ayında müvafiq Sərəncam imzalandı, Prezidentin ehtiyat fondundan vəsait ayrıldı. Martın 22-dən başlayan tikinti işləri mayın 20-də başa çatdırılmışdır - cəmi iki aya. Yəni, bütün bu tikinti işləri sizin gözünüzün qabağında olub və bu, doğrudan da tarixi hadisədir. Cəmi 2 ay ərzində kəndin bir hissəsi bərpa edildi, birinci mərhələdə 50 ev, məktəb, tarixi Şuşa məscidinin bənzəri olan məscid tikilib, Horadizdən Cocuq Mərcanlıya yol çəkilib. Növbəti mərhələdə təqribən 100 əlavə ev, - bəlkə ondan da çox, - tibb məntəqəsi tikiləcək və iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Bax, Cocuq Mərcanlı kəndinin tarixi bundan ibarətdir, bu, doğrudan da şanlı tarixdir. İşğaldan əziyyət çəkən kənd bərpa olunubdur. Azərbaycan öz torpaqlarının bir hissəsini işğalçılardan azad etdi. Bu, doğrudan da tarixi hadisədir və əminəm ki, Cocuq Mərcanlı kəndinin gələcək həyatı uğurlu olacaq, xoşbəxt olacaq və kənd sakinləri buraya qayıdandan sonra həyat daha da canlanacaqdır.
Sabah Qurtuluş Günüdür. Biz Qurtuluş Gününün ərəfəsində görüşürük. Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsi idi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində Azərbaycanda sabitlik bərpa edildi, inkişafa start verildi və bugünkü Azərbaycan dünya miqyasında seçilən ölkələrdən biridir. Təəssüf ki, ulu öndər Heydər Əliyev müstəqilliyimizin ilk günlərindən Azərbaycanda rəhbərlikdə olmamışdır. Əgər olsaydı, bir qarış torpaq belə işğal altına düşməzdi. Əfsuslar olsun ki, müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik etmiş şəxslər zəiflik, qorxaqlıq göstərdilər. O ki qaldı, AXC-Müsavat cütlüyünün hakimiyyətinə, o, biabırçı dövr idi, xəyanətkar hakimiyyət torpaqlarımızı qoruya bilmədi.
Qurtuluş Günü bugünkü reallıqları şərtləndirən gündür. Təsəvvür edin, əgər ulu öndər Heydər Əliyev müstəqilliyimizin ilk illərindən Azərbaycanda hakimiyyətdə olsaydı, biz özümüzü böyük bəlalardan qoruya bilərdik.
Ancaq işğala baxmayaraq, bu gün Azərbaycan inkişaf edir, güclənir, güclü iqtisadiyyat qurub, beynəlxalq arenada öz mövqelərini möhkəmləndirir. Biz hərbi sahədə böyük uğurlara nail olmuşuq, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və aprel döyüşləri bunu bir daha göstərdi. Biz bunu bilirdik, Azərbaycan ictimaiyyəti də bilirdi. Ancaq aprel döyüşləri bunu əyani şəkildə bütün dünyaya və düşmənə göstərdi ki, bu gün Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etməyə hazırdır, buna qadirdir.
Cocuq Mərcanlı kəndi artıq sizin adınızla bağlıdır. Kəndi sizdən ayırmaq mümkün deyil, sizi də kənddən. Siz bunu sübut etmisiniz. Mən maraqlanmışam, bilirəm ki, siz başqa yerdə yaşaya bilməmisiniz və müəyyən müddətdən sonra kəndə qayıtmısınız. Yenidən burada həyat qurmusunuz, kəndə nəfəs vermisiniz, böyük təsərrüfat yaratmısınız və öz doğma torpağınızda həyatınızı riskə qoyaraq təhlükə altında yaşamışınız. Bütün bu çətinliklərə, risklərə baxmayaraq, burada güllə altında, mərmi altında yaşamısınız, qurmusunuz və vətənpərvərlik nümunəsi göstərmisiniz. Göstərmisiniz ki, Azərbaycan xalqı öz torpağına canı, qanı ilə bağlıdır. Göstərmisiniz ki, Azərbaycan vətəndaşı istənilən şəraitdə öz torpağında yaşayır, qurur, yaradır, hətta təhlükə altında. Yəni, bir gün yox, bir həftə yox, hər gün gecə-gündüz təhlükə altında 20 ildən çox yaşamısınız. Buna görə sizinlə bütün Azərbaycan xalqı fəxr edir. Siz ən yüksək qiymətə layiqsiniz. Mən sizinlə fəxr edirəm.
Bilirsiniz ki, bir neçə ay bundan əvvəl mənim göstərişimlə Azərbaycanda dövlət ordenləri sırasına yeni orden də əlavə olundu – “Əmək” ordeni. Bu qərar ona görə qəbul edildi ki, bu gün biz zəhmətkeşləri gərək xüsusi fərqləndirək, mükafatlandıraq. “Əmək” ordeninin 3 dərəcəsi var və bu ordeni təsis edərkən mən fikirləşirdim ki, birinci ordeni kimə verim. Amma çox fikirləşmədim və qərara gəldim ki, birinci ordeni Həziyev ailəsinin başçısı olan Oqtay Həziyevə verim. Sən buna layiqsən və hesab edirəm, tam ədalətlidir ki, birinci “Əmək” ordeni və birinci dərəcəli orden Oqtay Həziyevə verilir.
12:50
12:15
12:00
11:50
16:19
Zati-həzrətləri,
Ailənizə üz vermiş ağır itki – bacınız Samiha Məhəmməd Əl-Tayyibin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu üzüntülü anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin...
16 noyabr 2024, 16:1914:09
Noyabrın 15-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında dövlət başçıları Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin bu ilin avqustunda...
15 noyabr 2024, 14:0913:50
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...
15 noyabr 2024, 13:5011:00
Hörmətli cənab Prezident,
Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan hər zaman...
15 noyabr 2024, 11:0015:33
14:35
14:12
14:10