13:09
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lıci ilə görüşüb.
23 aprel 2025, 13:09Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident, əzizimiz İlham Heydər oğlu!
İcazə verin, Azərbaycan üçün bu ağır günlərdə, Dağlıq Qarabağda yenə də dinc azərbaycanlı sakinlərin həlak olduğu, münaqişənin isə yenidən qızışdığı bir vaxtda Sizə və xalqınıza möhkəm dəstəyimizi ifadə edək. Təcavüzkarın və onun mütəffiqlərinin belə addımları bütün sivil dünya üçün təhlükəyə çevrilir. Biz ümid edirik ki, dünya birliyi bu faciəli hadisələrin lazımınca qiymətləndirilməsində həmrəylik nümayiş etdirəcək.
Əziz İlham Heydər oğlu, Qarabağ yarası və ölkənizin hər bir sakininin hiss etdiyi ağrı-acı biz ukraynalılara hər kəsdən daha aydın və yaxındır. Azərbaycan kimi, Ukrayna da ərazisində növbəti dondurulmuş münaqişə və anklav yaradılması üçün bütün cəhdlərə baxmayaraq, var gücü ilə öz ərazi bütövlüyünü bərpa etməyə çalışır. Odur ki, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi Ukrayna üçün və şəxsən bizim üçün həmişə müasir geosiyasətin dəyişməz postulatlarından biri olub və bundan sonra da olacaq.
Sizin əsası atanız, Prezident Heydər Əliyev tərəfindən qoyulmuş müdrik dövlət siyasətiniz sayəsində Azərbaycan dinlərin, mədəniyyətlərin və sivilizasiyaların dinc yanaşı mövcud olduğu dövlət nümunəsidir, tolerantlıq və multikulturalizm isə uğurlu dövlət siyasətinə çevrilib. Belə quruculuq siyasəti Azərbaycanın Qərb ilə yanaşı, bütün dünya ilə yaxınlaşmasına hər vəchlə mane olan ölkələrdə həsəd hissi və müqavimət doğurmaya bilməz.
Hörmətli cənab Prezident, bizə yaxşı məlumdur ki, bugünkü vəziyyətdə hadisələrin inkişafı təkcə Azərbaycan xalqının və Azərbaycan Ordusunun gücündən və mütəşəkkilliyindən deyil, həm də başqa ölkələrin dəqiq mövqeyindən asılıdır.
Biz inanırıq ki, Sizin ölkə tezliklə yenə də öz torpaqlarına və sərhədlərinə nəzarət etmək, düşmən tərəfindən işğal olunmuş və dağıdılmış əraziləri bərpa etmək imkanı əldə edəcək.
Möhtərəm cənab Prezident, icazə verin, çoxillik əməkdaşlığa, bizim üçün prinsipial olan bütün məsələlərdə, o cümlədən Ukraynanın ərazi bütövlüyü, onun Avropaya istiqamətlənmiş gələcəyi və müstəqilliyi məsələlərində dəstəyinizə və nöqteyi-nəzərinizə görə Sizə bir daha sonsuz təşəkkürümüzü bildirək. Bizə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin işində fəal iştirak etmək imkanı yaratdığınıza görə də Sizə minnətdarıq.
İcazə verin, Sizə öz ehtiramımızı və ən xoş arzularımızı ifadə edək, gözəl ölkənizə davamlı inkişaf və firavanlıq diləklərimizi çatdıraq.
Hörmətlə,
Viktor Yuşşenko
Ukraynanın prezidenti (2005-2010),
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü
Leonid Kravçuk
Ukraynanın prezidenti (1991-1994)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lıci ilə görüşüb.
23 aprel 2025, 13:09Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib.
23 aprel 2025, 12:41Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:
1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...
21 aprel 2025, 16:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri...
21 aprel 2025, 16:38