20:00
![İlham Əliyev Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yaradılan yeni parkın açılışında iştirak edib](https://static.president.az/upload/960x572/2025/02/07/0228110323606baef69f58dd6f13e0c5_3600695.jpg)
Prezident İlham Əliyev Qırğız Respublikası Parlamentinin sədri Axmatbek Keldibekovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlət başçısı Qırğız Respublikası Parlamentinin sədri Axmatbek Keldibekovun böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin bütün sahələrdə müzakirə edilməsi və əlaqələrimizin gələcək inkişafının müəyyənləşdirilməsi üçün yaxşı fürsət yaradacağını dedi. Qırğız Parlamentinin bu cür böyük heyətlə Dünya azərbaycanlılarının III qurultayında iştirakından məmnunluğunu bildirən Prezident İlham Əliyev bu tədbirin artıq ənənəvi xarakter daşıdığını və azərbaycanlıların dünyadakı diaspor təşkilatlarının mütəmadi olaraq beş ildən bir Bakıda toplantısının keçirilməsinin önəmini qeyd etdi. Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında ikitərəfli münasibətlərin müsbət istiqamətdə inkişafından danışan dövlətimizin başçısı Qırğız rəhbərliyi ilə keçirdiyi görüşləri xatırlayaraq həmin görüşlər zamanı ikitərəfli və regional məsələlərlə bağlı müzakirələr aparıldığını dedi. Parlamentlərarası əməkdaşlığa toxunan Prezident İlham Əliyev Türkdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyətə başlamasından sonra bu əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu və ölkələrimizin parlamentlərinin bu təşkilat çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğuladı. Dövlətimizin başçısı Qırğız Respublikası Parlamentinin sədri Axmatbek Keldibekovun ölkəmizə səfərinin əlaqələrimizin daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi.
Qırğız Respublikası Parlamentinin sədri Axmatbek Keldibekov ölkəmizə səfərindən məmnunluğunu ifadə etdi. Axmatbek Keldibekov 2008-ci ildə qırğız xalqının böyük yazıçısı və mütəfəkkiri Çingiz Aytmatovun Azərbaycanın ən yüksək mükafatlarından olan “Dostluq” ordeninə layiq görülməsinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Ölkəsində Azərbaycan xalqının ümummilli lideri, böyük siyasi xadim Heydər Əliyevin xatirəsinin həmişə yüksək hörmətlə yad edildiyini qeyd edən Axmatbek Keldibekov ulu öndər Heydər Əliyevin hələ Sovetlər birliyində yüksək dövlət vəzifəsində çalışdığı zaman milli respublikaların maraqlarını həmişə müdafiə etdiyini vurğuladı. O, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin Qırğız Respublikasına səfərinin və qırğız xalqının tarixi abidəsi olan “Manas”ın 1000 illiyi ilə əlaqədar keçirilən tədbirlərdə iştirakının ölkəsində indiyə qədər böyük ehtiramla xatırlandığını dedi. Axmatbek Keldibekov ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsi, o cümlədən parlamentlərarası əlaqələrin genişləndirilməsi baxımından böyük imkanların olduğunu vurğuladı.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan...
07 fevral 2025, 15:39Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin...
07 fevral 2025, 15:37Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini...
07 fevral 2025, 15:35Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin Klinikası” publik hüquqi...
07 fevral 2025, 13:10Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...
06 fevral 2025, 15:58Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan...
06 fevral 2025, 15:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının maliyyə naziri təyin...
06 fevral 2025, 15:54Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial...
06 fevral 2025, 15:52Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident İlham Əliyev.
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insanın...
05 fevral 2025, 19:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Muxtar Bahadur oğlu Babayev Azərbaycan...
05 fevral 2025, 17:24Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər...
05 fevral 2025, 17:22