Litva Respublikasının Prezidenti Dalya Qribauskaytedən

24 may 2018, 17:03

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Sizi və xalqınızı təbrik edirəm. Ölkənizə səmimi qəlbdən davamlı uğurlar, firavanlıq və sülh arzulayıram.

Bu il Azərbaycan və Litva xalqları müstəqil dövlətin qurulmasına aparan mürəkkəb yolu, əlamətdar yubileyləri birgə qeyd edirlər. Mən tam əminəm ki, ölkələrimizin qüdrətli və firavan dövlət və açıq cəmiyyətlər qurmaq uğrundakı ortaq maraqları Litva və Azərbaycan arasında dialoqu ikitərəfli formatda və Avropa İttifaqı ilə münasibətlər kontekstində daha da möhkəmləndirmək üçün güclü təkan olaraq qalır.

İnanıram ki, ticarət, energetika, innovasiyalar, təhsil, mədəniyyət və bir çox sahələrdə qarşılıqlı anlaşmaya əsaslanan açıq əməkdaşlığın daha da möhkəmləndirilməsi vətəndaşlarımız arasında birgə səmərəli fəaliyyət üçün yeni imkanlar açacaq.

Cənab Prezident, icazə verin bir daha milli bayramınız münasibətilə Sizə təbriklərimi çatdırım və bütün Azərbaycan xalqına gözəl bayram arzulayım.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Dalya Qribauskayte

Litva Respublikasının Prezidenti

SƏNƏDLƏR Sərəncamlar 18 mart 2025
17:02
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı...

18 mart 2025, 17:02