Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskdan və Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerdən

28 may 2018, 20:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident.

İcazə verin, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə Sizə səmimi təbriklərimizi çatdıraq.

Bu 100 illik yubiley münasibətilə ölkənizə daimi uğurlar arzulayırıq. Ümidvarıq ki, əməkdaşlığımız bundan sonra da davam edəcəkdir.

Cənab Prezident, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik.

Hörmətlə,

Donald Tusk

Avropa İttifaqı Şurasının prezidenti

Jan-Klod Yunker

Avropa Komissiyasının prezidenti

SƏNƏDLƏR Sərəncamlar 18 mart 2025
17:02
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı...

18 mart 2025, 17:02