Azərbaycan Qadınlarının V Forumunun iştirakçılarına

30 may 2018, 18:50

Hörmətli xanımlar.

Əziz dostlar.

Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100 illiyinə həsr edilmiş V Qadınlar Forumunun bütün iştirakçılarını və qonaqlarını ürəkdən salamlayıram. Forumumuz Azərbaycan üçün olduqca əlamətdar günlərdə keçirilir. Ölkəmiz böyük tarixi hadisənin bir əsrlik yubileyini qeyd edir. Yüz il öncə, 1918-ci il mayın 28-də ölkəmizin qabaqcıl siyasi və ictimai xadimləri Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını elan etdilər. Gənc respublikada dövlətçiliyin bütün atributları – gerb, bayraq, himn, milli ordu və pul vahidi təsis edildi. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruluşunda xalqımıza xas olan azadlıq sevgisi, ləyaqət, tolerantlıq, qadına hörmət kimi dəyərlər öz əksini tapdı. Müsəlman Şərqində ilk dəfə çoxmillətli və çoxpartiyalı parlamenti olan demokratik respublika yaradıldı. Məhz o vaxt, 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətində öz dövrünü qabaqlayan olduqca mütərəqqi bir qərar qəbul edildi. Müsəlman Şərqində ilk dəfə olaraq, ABŞ və bir çox Avropa ölkələrindən xeyli öncə müstəqil Azərbaycanda qadınlar kişilərlə bərabər seçmək və seçilmək hüquqlarını əldə etdilər.

Hörmətli xanımlar, əziz dostlar.

Bu əlamətdar tarixə - 1918-ci il mayın 28-dək xalqımız uzun illər yol getmişdir. Artıq XIX əsrin ikinci yarısında Azərbaycanın qabaqcıl ictimai xadimlərinin sıralarında milli oyanış prosesi başlayır, mütərəqqi islahatların aparılması, cəmiyyətin yeni, müasir düşüncə əsasında yenidən qurulması ideyası geniş vüsət alırdı. Azərbaycanın mütərəqqi ictimai xadimləri qadınların maarifləndirilməsini, onların sosial, siyasi, mülki hüquqları uğrunda mübarizəni və təhsil imkanlarının genişləndirilməsini ən mühüm vəzifələrdən biri sayırdılar. Neft sənayeçisi və mesenat Hacı Zeynalabdin Tağıyevin səyləri ilə 1901-ci ildə Azərbaycanda bütün müsəlman Şərqində ilk dünyəvi qadın məktəbi açıldı, XX əsrin ikinci onilliyində qadınların vəziyyətinə həsr edilmiş ilk qəzet və jurnallar nəşr edilməyə başladı. Bütün bunlar həm Azərbaycan Xalq Cümhuriyyətinin bəyan edilməsi üçün, həm də gənc respublikanın rəhbərliyinin Azərbaycan qadınlarına kişilərlə bərabər seçki hüquqlarının verilməsi haqqında qəbul etdiyi tarixi qərar üçün mühüm zəmin yaratdı.

Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti uzun ömür sürmədi. Yaranmasından 23 ay sonra xarici hərbi təcavüzün qurbanı oldu. Azərbaycan uzun 70 illik bir dövr üçün SSRİ-nin tərkibinə qatıldı.

Buna baxmayaraq, qadınların vəziyyətində mütərəqqi dəyişikliklər davam edirdi. Savadsızlıq ləğv edildi. Təhsil, səhiyyə, elmdə güclü inkişaf baş verdi. Azərbaycan qadınları təhsil və özlərinin yaradıcı potensialının reallaşdırılması üçün yeni imkanlar qazandılar. Onlar özləri üçün yeni peşələr və fəaliyyət sahələrini öyrənirdilər. Ölkəmizdə mülki və hərbi aviasiya pilotu, həkim, mühəndis, hüquqşünas, alim olan qadınlar ortaya çıxdı. Ana və uşağın sosial müdafiəsi üzrə tədbirlər gücləndirildi.

Hörmətli xanımlar, əziz dostlar.

SSRİ-nin mövcud olduğu illərdə əldə edilmiş bu nəticələr bu gün yeni nəfəs aldı. Sovet İttifaqının dağılmasından sonra 1991-ci ildə ölkəmiz öz dövlətçiliyini və müstəqilliyini yenidən bərpa etdi. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri – onun himni, gerbi, bayrağı bərpa edildi.

Müasir Azərbaycan özünü təsdiq etmiş və dinamik inkişaf edən dövlətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz özünün sosial-iqtisadi inkişafında böyük nailiyyətlər əldə etmişdir. Son 10 ildə Azərbaycanın iqtisadiyyatı üç dəfə artmış, bir milyon yarım yeni iş yeri açılmış, minlərlə məktəb, xəstəxana, idman kompleksləri tikilmişdir.

Qadınlar və kişilər arasında hüquqi bərabərliyin yüz il əvvəl əldə edildiyi ölkəmizdə bu gün Azərbaycan rəhbərliyi üçün prioritet vəzifə ictimai həyatın bütün sahələrində qadınların fəal iştirakının təmin edilməsidir. Bu vəzifə ölkə rəhbərliyi üçün də prioritet təşkil edir. Hələ 2000-ci ilin mart ayında ümummilli lider Heydər Əliyev qadınlara münasibətdə yeni dövlət siyasəti haqqında Sərəncam imzaladı. Onun məqsədi qadınların hakimiyyət strukturlarında, biznes və iqtisadiyyatda proporsional təmsil edilməsinə nail olmaq idi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə qadınların sosial müdafiəsinin təkmilləşdirilməsi, onların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üzrə böyük iş həyata keçirilir. Qadınlar arasında yoxsulluğun səviyyəsinin 49 faizdən 5,4 faizədək azalması, maaşların və pensiyaların artırılması, vətəndaşların sosial müdafiəsinin yüksəldilməsi – bütün bunlar bilavasitə bizim qadınlara da şamil edilir. Regionlar da daxil olmaqla Azərbaycanda qadınların məşğulluğu məsələsi də uğurla həll edilir. Onların siyasi, iqtisadi, ictimai fəallığı artır.

Hörmətli xanımlar, əziz dostlar.

Yüz il əvvəl, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin ilk səhifələrinin yazıldığı o günlərdə qadınlar arasında savadsızlığın ləğv edilməsi, onların təhsil və səhiyyəyə çıxışının genişləndirilməsi ən ümdə vəzifələr idi. Bu gün Azərbaycanda həkim və müəllimlərin əksəriyyətini qadınlar təşkil edir. Qadın alimlərin, dövlət qulluqçularının, hüquq-mühafizə orqanlarının əməkdaşlarının, ictimai xadimlərin sayı artır. Azərbaycan qadınları arasında parlamentin deputatları, Ali Məhkəmənin üzvləri, icra hakimiyyəti strukturlarının əməkdaşları vardır. Azərbaycanda qadınlar üçün qapalı və qadağan edilmiş heç bir fəaliyyət sahəsi mövcud deyil.

Hörmətli xanımlar, əziz dostlar.

Ötən illər ərzində Azərbaycanda qadınların hüquqlarının uğurla təmin edilməsi, onların ictimai və siyasi həyatda fəal iştirakı üzrə həqiqətən nadir təcrübə toplanmışdır. Ayrı-seçkiliyin hələ də mövcud olduğu, əksər qadınlar və qızların təhsilə çıxışının bu gün də olmadığı, onların elementar hüquqlarının müdafiə edilmədiyi dünyada bu təcrübə hazırda da tələb edilən və aktualdır. Əminəm ki, bizim ümumi səylərimiz dünyanın bir çox bölgələrində qadınların üzləşdiyi problemlərin həllinə kömək edəcəkdir.

Əziz qadınlar, sizin hamınıza uğurlar, sülh, əmin-amanlıq və xoşbəxtlik arzu edirəm. Bir daha dövlət bayramımız – Respublika Günü münasibətilə sizi təbrik edirəm.

Mehriban Əliyeva

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06