Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkindən

31 avqust 2018, 13:00

Hörmətli Mehriban Arif qızı.

Ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edir və Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bu önəmli gündə Sizə ürəkdən möhkəm cansağlığı, uğurlar, tükənməz yaradıcılıq enerjisi, doğma Azərbaycanın rifahı üçün yeni nailiyyətlər arzu edirəm.

İkitərəfli əməkdaşlığın inkişafına yetirdiyiniz diqqət Həştərxan vilayəti və Azərbaycan Respublikası arasında tarixi əlaqələrin və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə tam şəkildə xidmət edir. Əminəm ki, ölkənizlə olan münasibətlərimiz Sizin dəstəyiniz sayəsində yalnız güclənəcək və genişlənəcəkdir.

Sizi bir daha ürəkdən təbrik edir, Sizə və doğmalarınıza xoşbəxtlik, uğurlar, firavanlıq və uzun ömür arzu edirəm.

Hörmətlə,

Aleksandr Jilkin

Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru

XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 15 mart 2025
20:00
Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng ediblər

Martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının...

15 mart 2025, 20:00
SƏNƏDLƏR Sərəncamlar 15 mart 2025
11:18
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət...

15 mart 2025, 11:18
SƏNƏDLƏR Fərmanlar 15 mart 2025
11:14
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il...

15 mart 2025, 11:14