Qubada Heydər Əliyev Mərkəzinin açılışında İlham Əliyevin nitqi

24 sentyabr 2011, 14:30
Qubada Heydər Əliyev Mərkəzinin açılışında İlham Əliyevin nitqi

- Əziz dostlar, sizi ürəkdən salamlayıram. Bu gün həm Quba, həm ölkəmiz üçün çox gözəl bir gündür.

Qubada gözəl, əzəmətli, möhtəşəm Heydər Əliyev Mərkəzi açılır. Bu münasibətlə hamınızı ürəkdən təbrik edirəm. Deyə bilərəm ki, ölkəmizdə son illər ərzində tikilən Heydər Əliyev mərkəzlərinin bəlkə də ən yaraşıqlısı, möhtəşəmi və funksional baxımdan ən gözəli Quba mərkəzidir. Bu mərkəz həm şəhərə əlavə yaraşıq verir, eyni zamanda, burada müxtəlif tədbirlərin keçirilməsi üçün bütün şərait vardır. İndi mərkəzlə tanış olarkən gördüm ki, həm konfrans zalı, kinoteatr, dərnəklər, kafe fəaliyyət göstərir. Elə etməliyik ki, mərkəzdə daim iş getsin, Quba sakinləri, Qubanın qonaqları bu mərkəzdən səmərəli şəkildə istifadə etsinlər.

Bu il biz müstəqilliyimizin bərpasının 20-ci ildönümünü qeyd edirik. Ölkəmiz 20 il ərzində imkanlarını böyük dərəcədə genişləndirə bilmişdir. 20 il əvvəl - müstəqilliyimizin ilk illərində sual meydana çıxırdı ki, Azərbaycan necə inkişaf edəcək? On ildən, 20 ildən sonra necə ölkə olacaq? Bildiyimiz kimi, müstəqilliyimizin ilk illəri bizim üçün ağır illər kimi yadda qalıb, tarixdə qalıb. Ulu öndərin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra - 1993-cü ildə ölkəmizdə yeni dövr başladı. Azərbaycan müstəqil ölkə kimi yaşamağa başladı və qısa müddət ərzində vəziyyət sabitləşdi, iqtisadi tənəzzülə son qoyuldu. İqtisadi inkişaf başladı, ölkəyə investisiyalar gəlməyə başladı. Azərbaycan dünya birliyində özünə layiq yerini tuta bildi.

O vaxt Azərbaycan xalqı çox müdrik qərar qəbul etmişdir, ulu öndərə müraciət edib onu hakimiyyətə dəvət etmişdir və 1993-cü ildən bu günə qədər Azərbaycan yalnız inkişaf yolu ilə gedir. Bizim inkişafımız həm ölkə vətəndaşları tərəfindən qiymətləndirilir, eyni zamanda, beynəlxalq təşkilatlar Azərbaycanda gedən prosesləri yaxından izləyir və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycana yüksək reytinqlər verir. Bu, gördüyümüz işlərə beynəlxalq ictimaiyyət tərəfindən verilən qiymətdir. Əlbəttə, bu, çox sevindirici haldır, bizi daha da ruhlandırır. Ancaq ən əsası odur ki, Azərbaycan xalqının bütün bu işlərə verdiyi qiymət ən vacib məsələdir.

Artıq 20 il müstəqil ölkə kimi yaşayan Azərbaycan gələcəyə çox böyük ümidlərlə və nikbinliklə baxır. Çünki bu günə qədər qəbul edilmiş bütün proqramlar icra edilir. Bir dənə də olsun yubanma, geriləmə yoxdur. Hər bir sahəni əhatə edən konkret proqramlar ölkəmizin hərtərəfli inkişafına xidmət göstərir. Bu proqramlardan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını xüsusilə qeyd etmək istərdim. 2004-cü ilin fevralında qəbul edilmiş bu Proqram artıq ikinci mərhələsinə qədəm qoyubdur. Proqramın icrası nəticəsində Azərbaycanın bölgələri böyük dərəcədə inkişaf edibdir. Bölgələrin inkişafı bizim üçün əsas məsələ kimi 2004-cü ildə qarşıya qoyulmuşdur, bu gün də belədir.

Bu gün bölgələrdə görülən işlər artıq deməyə imkan verir ki, Proqramın böyük hissəsi icra edilib, 100 minlərlə iş yeri açılıbdır. Bütün şəhərlərimiz, rayon mərkəzlərimiz abadlaşıb, gözəlləşib. İnfrastruktur layihələri icra edilir. Bütün ölkəmizdə yol çəkilişi layihələri icra edilir. İndi hər bir rayon mərkəzində, hər bir şəhərdə içməli su, kanalizasiya layihələri icra edilir, qazlaşdırma prosesi uğurla gedir. İnsanların normal yaşaması üçün lazım olan bütün digər tədbirlər görülür. Xəstəxanalar, məktəblər, idman qurğuları, idman kompleksləri yaradılır. Bu inkişafı qubalılar öz rayonlarının timsalında da görə bilirlər.

Qubada çox gözəl Olimpiya Kompleksi, ən yüksək standartlara cavab verən Müalicə-Diaqnostika Mərkəzi, möhtəşəm Heydər Əliyev Mərkəzi tikilmişdir. Rayonda infrastruktur layihələri icra edilir. Bakı-Quba avtomobil yolu istismara verilmişdir və çox rahat, gözəl, beynəlxalq standartlara uyğun bir yoldur. İndi Bakıya və qonşu rayonlara çox rahat getmək mümkündür.

Kəndlərdə abadlıq işləri aparılır. Qubanın çox böyük turizm potensialı vardır. Əfsuslar olsun ki, əvvəlki dövrdə biz bu imkanlardan lazımi səviyyədə istifadə edə bilməmişik. Ancaq indi turizmin inkişafına daha da böyük diqqət göstərilir. Qubada beşulduzlu mehmanxananın tikintisi gedir, digər turizm kompleksləri yaradılır və yaradılmalıdır. Bir sözlə, Quba rayonunun hərtərəfli inkişafı üçün son illər ərzində kifayət qədər diqqət göstərilmişdir, vəsait ayrılmışdır. Yaxın zamanlarda əlavə vəsait ayrılacaqdır.

Quba Azərbaycanın qədim şəhəridir, qədim diyarımızdır. Azərbaycanın qədim şəhərlərinə dövlət tərəfindən diqqət də xüsusi məna daşımalıdır.

Bizim bütün şəhərlərimiz abadlaşır. Hər bir rayonda, hər bir qəsəbədə inkişaf gedir. Hər bir rayonun, şəhərin inkişafı Prezident kimi mənim üçün əhəmiyyətlidir və vacibdir. Ancaq tarixi nöqteyi-nəzərdən Azərbaycanda elə qədim diyarlar, şəhərlər var ki, onların adları qədim xəritələrdə də göstərilir. Quba da o şəhərlərin arasında özünə layiq yer tuta bilmişdir. Buna görə Qubaya xüsusi diqqət göstərilməlidir.

Gələcəkdə rayonun sosial-iqtisadi inkişafı üçün əlavə tədbirlər görüləcəkdir. Burada həm iş yerləri yaradılır və yaradılmalıdır, sosial infrastruktur yenilənməlidir, məktəb tikintisi gedir, daha da sürətlə getməlidir. İndi məktəb tikintisi bütün ölkəmizdə geniş vüsət almışdır. Elə etməliyik ki, ən ucqar kənd məktəbi də yüksək səviyyədə tikilsin.

Kənd yollarına xüsusi diqqət göstərilir. Son vaxtlar Prezidentin Ehtiyat Fondundan müxtəlif kənd yollarının tikintisi üçün vəsait ayrılmışdır. Quba rayonuna isə bəlkə də hamıdan əvvəl vəsait ayrılmışdır. Yadınızdadır, bir neçə il bundan əvvəl Quba-Xınalıq yolu əsaslı şəkildə tikilmişdir və daim nəzarətdə saxlanılmalıdır. Çünki siz yaxşı bilirsiniz, orada təbii şərait elədir ki, bəzi hallarda yol sıradan çıxır, dərhal bərpa olunmalıdır. Bütün yollarımız tikilməlidir, insanların normal yaşaması üçün bütün şərait yaradılır və yaradılmalıdır.

Azərbaycanın bugünkü uğurlu inkişafı yenə də deyirəm, dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir.

Azərbaycan bölgədə ən güclü dövlətdir. Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi bizim ölkədə formalaşır. Azərbaycanda demoqrafik vəziyyət çox yaxşıdır və əhalimiz ildən-ilə artır. Artıq 9 milyon 100 min əhalimiz var və getdikcə daha da artacaqdır. Əlbəttə ki, təbii sərvətlərimiz bizə inam, əlavə qüvvə verir. Biz bu imkanlardan səmərəli şəkildə istifadə edirik.

Hər bir vətəndaş bu müsbət dəyişiklikləri öz həyatında görməlidir və biz bunun üçün çalışırıq.

Beləliklə, bölgələrin inkişafı və qeyri-neft sektorunun artması nəticəsində işsizlik kimi böyük bir bəla aradan qaldırılır. Bu il Azərbaycanın iqtisadi inkişafı, inkişaf templəri o qədər də yüksək deyildir. Bunun da səbəbi ondadır ki, neftin hasilatı bir qədər azalmışdır və bu, ümumi göstəriciyə dərhal təsir göstərir. Ancaq bu, artıq əsas məsələ deyildir. Əsas məsələ ondadır ki, qeyri-neft iqtisadiyyatımız artır. Bu, onu göstərir ki, vaxtilə neft sənayesinə qoyulan vəsait artıq qeyri-neft sənayesinin inkişafı üçün işləyir. Bu, onu göstərir ki, düşünülmüş proqramların icrası nəticəsində biz iqtisadiyyatımızın şaxələndirilməsi məsələlərinə də nail ola bilmişik. Gələcəkdə biz hər bir bölgənin özünə xas olan xüsusiyyətlərindən səmərəli şəkildə istifadə etməliyik. Turizm, kənd təsərrüfatı, yüngül sənaye, emal sənayesi – bu sahələr bu bölgə üçün daha da önəmlidir və əminəm ki, gələcəkdə bu məqsədlərə çatmaq üçün əlavə tədbirlər görüləcəkdir.

Bildiyiniz kimi, mən dəfələrlə Qubada olmuşam və vəziyyətlə maraqlanmışam. Bu gün də bəzi tədbirlərdə iştirak edəcəyəm. Demək istəyirəm ki, əmin ola bilərsiniz, Qubada gedən proseslər daim mənim nəzarətim altındadır, mən burada gedən işlərlə daim maraqlanıram. Burada yenilikləri, gözəl binaları, abadlığı görəndə mən də sizin kimi sevinirəm.

Mən bir daha sizi bu gözəl hadisə - ulu öndərin adına layiq olan möhtəşəm mərkəzin açılışı münasibətilə təbrik edirəm. Sizə cansağlığı və uğurlar arzulayıram. Sağ olun.

SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06