Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə İlham Əliyevin nitqi

10 oktyabr 2011, 21:40
Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə İlham Əliyevin nitqi

- Hörmətli qonaqlar, əziz dostlar.

Mən sizin hamınızı bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz!

Bu gün Birinci Bakı Beynəlxalq Humanitar Forumu öz işini uğurla davam etdirib. Birinci gün çox uğurlu oldu. Forum çərçivəsində səslənən fikirlər humanitar sahədə əməkdaşlığa böyük töhfə verdi.

Mən Forumda çıxış etmiş bütün natiqlərə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Forum sabah da davam edəcəkdir. Sabah müxtəlif seksiyalarda biz dəyərli və maraqlı çıxışları dinləyəcəyik. Bir sözlə, mən çox şadam ki, bu Forum xalqları birləşdirən Forum oldu. Bu Forum dünyada xoşniyyətli qüvvələri bir araya gətirən Forum oldu. Mən ümid edirəm ki, bu Forumun çox gözəl nəticələri olacaqdır.

Bu Forumda iştirak etmiş bütün qonaqları səmimiyyətlə salamlayıram. Xüsusilə, mənim həmkarlarımı – sabiq prezidentləri səmimiyyətlə salamlayıram. Beynəlxalq təşkilatların rəhbərlərini salamlayıram. Görkəmli dövlət xadimləri, ictimai xadimlər, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətinin üzvləri, jurnalistlər – bu gün bizim aramızdadırlar.

Onlar bizim qonaqlarımızdır. Hesab edirəm ki, Bakı Beynəlxalq Humanitar Forumu dünya miqyasında özünə layiq yerini tutacaqdır. Ümid edirəm ki, bu Forumun gələcəyi çox gözəl olacaqdır.

SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:09
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”...

29 aprel 2025, 16:09
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:07
Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini,...

29 aprel 2025, 16:07
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2025
12:11
Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 8 aprel tarixli 1658 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan...

29 aprel 2025, 12:11