16:38

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Bu il noyabrın 14-15-də Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitinin uğurlu təşkili münasibətilə Sizi təbrik etmək istərdim.
Mən, həmçinin Azərbaycan Respublikasının rəhbərliyinə öz səmimi minnətdarlığımı bildirirəm.
Fürsətdən istifadə edərək, beynəlxalq ictimaiyyəti Dünya dini liderlərinin II Bakı Sammitində bir araya gətirmək istiqamətində Sizin liderliyinizi və yorulmaz fəaliyyətinizi yüksək qiymətləndirirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Abdullah Əl-Mətuq
BMT Baş katibinin xüsusi nümayəndəsi,
Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri və
Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57