11:10

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə ən xoş və səmimi arzularımı çatdırıram. Azərbaycanın daha da inkişaf etmiş, müasir, açıq və tolerant ölkəyə çevrilməsi istiqamətində gördüyünüz işlərin davamlı olmasını diləyir, İtaliya və Avropa ilə dostluğun daha da möhkəmlənməsi işində Sizə uğurlar arzulayıram.
Cənab Prezident, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Sizin himayənizlə keçirilən son iclası Azərbaycanın təşkilatımızla əlaqələrə sadiqliyini bir daha təcəssüm etdirdi.
Linda Lanzilotta
İtaliya Senatının vitse-spikeri (2013-2018),
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57