Niderland Krallığı Senatının sabiq spikeri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindendən

28 dekabr 2019, 18:15

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Əvvəlcə icazə verin, Sizə və ailənizə ən xoş arzularımı çatdırım.

Doğum gününüzü səmimi qəlbdən təbrik edir, Sizə xoşbəxtlik, cansağlığı və firavan Yeni il arzulayıram. Yeni ildə 2019-cu ilin nəticələrini və əməkdaşlıq fəaliyyətini nəzərdən keçirmək və növbəti hədəfləri müəyyən etmək baxımından gözəl fürsət yaranacaq.

Azərbaycan və Niderland arasında məhsuldar əməkdaşlığı bir daha qeyd etmək istərdim.

Niderlandın bir sıra şirkətləri iyun ayında Avropa İttifaqı - Azərbaycan biznes forumunda iştirak edib. Niderland “Caspian Agro” sərgisində təmsil olunub və 2020-ci ildə də bu sərgidə iştirak etməyi planlaşdırır.

Birgə tədbirlərin uğurlarını davam etdirmək, ölkələrimiz arasında iqtisadi və biznes əlaqələrini daha da gücləndirmək baxımından, Azərbaycanın “Floriade Expo 2022” sərgisində iştirak edəcəyini eşidəndə çox məmnun oldum. Ölkəniz “Floriade 2012” sərgisində uğurla iştirak etmişdi və onun pavilyonu ziyarətçilər tərəfindən çox bəyənilmişdi.

Fürsətdən istifadə edərək, Azərbaycan və Niderland arasında ikitərəfli əlaqələrin inkişafına göstərdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirmək istərdim. Əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik.

Sizə və yaxınlarınıza xoşbəxtlik və cansağlığı, ölkənizə və xalqınıza sülh, rifah arzulayıram.

Dərin hörmətlə,

Rene Van der Linden

Niderland Krallığı Senatının sabiq spikeri,

Avropa Şurası Parlament Assambleyasının fəxri sədri,

Niderland-Azərbaycan Dostluq Qrupunun sədri

SƏNƏDLƏR Sərəncamlar 21 aprel 2025
16:40
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...

21 aprel 2025, 16:40