13:09

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə bütün qardaş Azərbaycan xalqına Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmağı özümə şərəf bilirəm.
Böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma prinsiplərinə əsaslanan, getdikcə daha dinamik və davamlı xarakter kəsb edən Türkmənistan-Azərbaycan münasibətləri böyük qarşılıqlı etimad, hüquq bərabərliyi və səmimiliyi ilə fərqlənir.
Mən bu ilin martında Sizin gözəl ölkənizdə bizim səmimi görüşümüzü xoş duyğularla xatırlayıram. Həmin görüş zamanı səmimi və etimada əsaslanan danışıqlarda hər iki tərəfin ölkələrimiz arasında çoxşaxəli qarşılıqlı əlaqələri möhkəmləndirməyə və genişləndirməyə hazır olduğu təsdiq edildi.
Qəti əminəm ki, qardaş xalqlarımız arasında siyasi, iqtisadi-ticari, mədəni-humanitar və başqa istiqamətlərdə yaranmış səmərəli əməkdaşlıq bizim birgə səylərimiz sayəsində bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm.
Dərin hörmətlə,
Qurbanqulu Berdiməhəmmədov
Türkmənistanın Prezidenti
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:
1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...
21 aprel 2025, 16:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri...
21 aprel 2025, 16:38