Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

25 may 2020, 18:35

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycanın ictimai həyatın bütün sahələrində əldə etdiyi uğurlu keyfiyyət dəyişikliklərinə görə ürəkdən şadam. Ölkənizin iqtisadi, sosial və digər sahələrdə nümayiş etdirdiyi sanballı nailiyyətlər beynəlxalq aləmdə etiraf edilib və dövlətinizin dünya arenasında mövqelərinin möhkəmlənməsinə şərait yaradıb.

Strateji tərəfdaşlıq, dostluq və müttəfiqlik ruhunda inkişaf edən Belarus-Azərbaycan münasibətlərinin əsasına çevrilmiş etimad və qarşılıqlı anlaşmanın yüksək səviyyədə olmasını qeyd etməkdən fərəh duyuram.

Əminəm ki, Belarus ilə Azərbaycan arasında uzunmüddətli səmərəli əlaqələrin möhkəmlənməsinə Sizin sanballı töhfəniz ölkələrimizin əhalisinin rifahı naminə ikitərəfli əməkdaşlıq potensialını reallaşdırmağa kömək edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, həyat enerjisi, yeni uğurlar və nailiyyətlər, Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm.

Hörmətlə,

Aleksandr Lukaşenko

Belarus Respublikasının Prezidenti

SƏNƏDLƏR Sərəncamlar 21 aprel 2025
16:40
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...

21 aprel 2025, 16:40