13:09

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Mən Azərbaycan Respublikasını müstəqilliyinin 102-ci və Braziliyadakı diplomatik xidmətinin 101-ci ildönümü münasibətilə təbrik etmək istərdim.
Dünyanı bürümüş COVID-19 pandemiyası səbəbindən bu bayramı şəxsi iştirakımızla qeyd edə bilməməyimizdən təəssüflənirəm. Buna baxmayaraq, biz bu bayramda qəlbən və ruhən birlikdəyik.
Federal deputat və Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri kimi ölkənizin milli bayramı münasibətilə Sizi təbrik etməkdən böyük şərəf duyuram.
Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında demokratik və dünyəvi respublikanın yaradılması istiqamətində ilk uğurlu addım idi. Azərbaycan Respublikasının tarixində digər mühüm məqam odur ki, müsəlman dünyasında qadınlara ilk dəfə kişilərlə bərabər siyasi hüquqlar verilib. Ölkənizin tarixində daha bir əlamətdar hadisə müasir tipli ilk universitet kimi Bakı Dövlət Universitetinin yaradılması olub.
İqtisadi sahədə Azərbaycanı qlobal miqyasda neft və qaz hasil və ixrac edən, Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkə kimi tanıyırıq.
Biz onu da xüsusi qeyd etməliyik ki, Azərbaycan beynəlxalq idman ictimaiyyətinin fəal üzvüdür. Azərbaycan Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA), Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA), Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (IAAF), Avropa Atletika Assosiasiyasının (EAA), Beynəlxalq Olimpiya Komitəsi və digər idman təşkilatlarının tamhüquqlu üzvüdür.
Cənab Prezident, bu gözəl bayram münasibətilə Sizə bir daha təbriklərimi və xoş arzularımı çatdırıram. Ölkələrimiz arasında yaranmış bu cür dostluq münasibətlərinə görə Sizə təşəkkür edirəm. Xüsusi vurğulamaq istəyirəm ki, Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun məqsədi ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Bizim əsas məqsədimiz parlamentlər arasında məlumat və təcrübə mübadiləsini həyata keçirmək, iki ölkənin siyasi, iqtisadi, sosial və mədəni sahələrdə əlaqələri ilə bağlı araşdırmalar aparmaq, həmçinin həmrəylik tellərini möhkəmləndirməkdir.
Sonda bir daha Sizi təbrik edir, dəyərli xalqınızın çətinliklərin öhdəsindən gəlmək üçün göstərdiyi şücaəti çox yüksək qiymətləndirirəm.
Təbriklər, Azərbaycan!
Hörmətlə,
Klaudio Kaxado
Braziliya Milli Konqresinin Deputatlar Palatasında
Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri,
federal deputat
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:
1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...
21 aprel 2025, 16:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri...
21 aprel 2025, 16:38