13:09
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lıci ilə görüşüb.
23 aprel 2025, 13:09Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əziz dost.
Çox hörmətli cənab Prezident.
COVID-19-a qarşı mübarizədə Ukrayna xalqına Azərbaycan xalqı tərəfindən göstərilən qardaş yardımına görə ehtiramımı və səmimi minnətdarlığımı bildirməyi özümə şərəf hesab edirəm.
Bu addım adi yardımdan qat-qat yüksəkdir. Bu addım Azərbaycan və Ukrayna arasında mehriban qonşuluq, dostluq xarakteri daşıyan münasibətlərin dəyişməzliyinin, müasirliyin yeni çağırışları şəraitində ümumi tarixi yaddaşa malik olan xalqlarımızın qədim qarşılıqlı yardım ənənələrinin davamının sübutudur.
Cənab Prezident, mənim üçün Sizinlə qarşılıqlı fəaliyyət mübadiləsi, mənim prezidentliyim dövründə həllinə birgə nail olduğumuz gündəlikdə duran bir sıra vacib məsələlərdə qarşılıqlı anlaşma siyasi müdrikliyin, qərarları ətraflı düşünmənin, dövrün mürəkkəb tarixi çağırışlarına düzgün reaksiyanın və mahir anlayışın parlaq nümunəsi kimi qalıb.
Bu gün, həmçinin dünya geosiyasətində ciddi, tektonik irəliləyişlər dövrüdür, bütövlükdə dünya nizamının transformasiyası başlanıb, yeni geosiyasi təsir mərkəzləri yaranır, milli dövlətlərin siyasi və iqtisadi suverenlik kimi anlayışların vacibliyini anlamağa qayıtması prosesi güclənir. COVID-19 pandemiyası dövlət təsisatlarını möhkəmlətməyin, idarəçilik qərarlarının qəbul edilməsində onların özünəyetərliyini təmin etməyin zəruriliyini əyani şəkildə vurğulayan təhdid olub. Bu, milli dövlətlər miqyasında belə qlobal təhdidləri səmərəli şəkildə aradan qaldırmağa imkan verir.
Sizin rəhbər və lider kimi şəxsi müdrikliyinizi, dövlət təsisatlarının səmərəliliyinin yaradılması, möhkəmləndirilməsi, yüksəldilməsi məsələlərində, iqtisadi suverenliyin təminatında gələcəyi görmə bacarığınızı bir daha vurğulamaq istəyirəm. Azərbaycanın bu təcrübəsi digər ölkələr üçün, ilk növbədə, Ukrayna üçün onun tarixinin indiki mərhələsində böyük diqqətə layiqdir. Bu gün hadisələri və prosesləri dərindən dərk edərək, ölkənin idarə edilməsi məsələlərində şəxsən Sizdən bir çox praktik dərslər götürmək mümkündür.
İcazə verin, 2005-2010-cu illərdə Ukrayna Prezidenti olmaq hüququmdan istifadə edərək, dostcasına Sizi inandırım ki, Ukraynaya yardım ayrılması barədə Sizin qərarınız Ukrayna xalqı tərəfindən minnətdarlıqla dəyərləndirilib. Bir dost kimi mənim də şəxsi minnətdarlığımı, Sizə xoş arzularımı və Sizin simanızda bütün Azərbaycan xalqına sülh və firavanlıq diləklərimi qəbul edin.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bizim ölkəmizə göndərdiyi qoruyucu vasitələr yardımına görə ayrıca təşəkkür etmək istəyirəm.
Mən daim Sizin sərəncamınızdayam, ölkələrimiz və xalqlarımız arasında dialoqa var qüvvəmlə hər cür yardım göstərməyə hazıram.
Fürsətdən istifadə edərək, Azərbaycanın Respublika Günü ilə əlaqədar səmimi təbriklərimi qəbul edin. Bizim ölkələr qədim demokratik ənənələrə malikdir, biz bu ənənələrə hörmət edir və onu möhkəmləndiririk.
Hörmətlə,
Viktor Yuşşenko
2005-2010-cu illərdə Ukraynanın Prezidenti
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lıci ilə görüşüb.
23 aprel 2025, 13:09Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib.
23 aprel 2025, 12:41Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:
1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...
21 aprel 2025, 16:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri...
21 aprel 2025, 16:38