20:00
![İlham Əliyev Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yaradılan yeni parkın açılışında iştirak edib](https://static.president.az/upload/960x572/2025/02/07/0228110323606baef69f58dd6f13e0c5_3600695.jpg)
Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədri Pak Hi Tenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlət başçısı Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Əlaqələrimizin siyasi sahədə yüksək səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev iqtisadi sahədə əməkdaşlığımızın yaxşı nəticələr verdiyini, ölkələrimiz arasında ticarət dövriyyəsinin sürətlə artdığını dedi. Son illər Koreya şirkətlərinin Azərbaycan üçün vacib olan layihələrdə iştirakından məmnunluğunu bildirən dövlətimizin başçısı bu əməkdaşlığın daha da genişləndirilməsində ölkəmizin maraqlı olduğunu dedi. İkitərəfli münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin önəmini qeyd edən Prezident İlham Əliyev Koreya Respublikasının Milli Assambleyasının sədri Pak Hi Tenin ölkəmizə səfərinin uğurlu olacağına və səfər zamanı əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı səmərəli danışıqların və müzakirələrin aparılacağına əminliyini bildirdi.
Pak Hi Te Koreya Respublikası Milli Assambleyasının sədri kimi Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu ifadə etdi. O bildirdi ki, ölkəmizə səfərinin əsas məqsədi Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyi ilə bağlı yubiley tədbirlərində iştirak etmək və ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparmaqdır. Azərbaycana səfəri zamanı ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu vurğulayan Pak Hi Te Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə böyük tərəqqiyə nail olunduğunu dedi.
Görüşdə informasiya-kommunikasiya texnologiyaları, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində ölkələrimizin maraqlı olduğu bildirildi.
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan...
07 fevral 2025, 15:39Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin...
07 fevral 2025, 15:37Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini...
07 fevral 2025, 15:35Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin Klinikası” publik hüquqi...
07 fevral 2025, 13:10Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...
06 fevral 2025, 15:58Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan...
06 fevral 2025, 15:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının maliyyə naziri təyin...
06 fevral 2025, 15:54Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial...
06 fevral 2025, 15:52Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident İlham Əliyev.
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insanın...
05 fevral 2025, 19:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Muxtar Bahadur oğlu Babayev Azərbaycan...
05 fevral 2025, 17:24Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər...
05 fevral 2025, 17:22