“DET AL” Alüminium MMC-nin Gəncə alüminium zavodu kompleksinin açılışında İlham Əliyevin nitqi

21 yanvar 2012, 12:40
“DET AL” Alüminium MMC-nin Gəncə alüminium zavodu kompleksinin açılışında İlham Əliyevin nitqi

- Əziz dostlar, bu gün nəinki Gəncənin, ölkəmizin həyatında çox əlamətdar bir gündür. Çünki bu gün biz ölkə iqtisadiyyatı üçün çox böyük əhəmiyyət kəsb edən Gəncə alüminium zavodunun açılışını qeyd edirik. Bu, doğrudan da, böyük hadisədir. Bu, bir daha onu göstərir ki, ölkəmiz uğurla və sürətlə inkişaf edir. Ölkəmizdə bütün proqramlar icra edilir.

Bu zavodun təməli 2008-ci ildə qoyulmuşdur. Mən o günü yaxşı xatırlayıram. Biz burada təməl daşını qoyduq və ondan sonra bildiyiniz kimi, dünyada maliyyə və iqtisadi böhran başlanmışdır. Bu böhran alüminium sənayesinə də mənfi təsirini göstərmişdir, qiymətlər aşağı düşmüş və bütövlükdə maliyyə bazarında böhran yaranmışdır. Beləliklə, zavodun tikintisi bir qədər uzandı. Ancaq buna baxmayaraq, Azərbaycan dövləti bu zavodun tikintisi üçün dəstəyini əsirgəmədi.

Zavodun fəaliyyəti üçün çox mühüm əhəmiyyət kəsb edən böyük yarımstansiya tikilmişdir, müxtəlif dövrlərdə kreditlər verilmişdir, özəl sektor Azərbaycanın iqtisadiyyatına və gələcəyinə çox böyük inamla yanaşmışdır. Bütün bu amillər nəticəsində biz bu gün bu gözəl zavodun açılışını qeyd edirik.

Zavodun özəlliyi ondan ibarətdir ki, bu, qeyri-neft sektoruna qoyulan böyük sərmayədir və burada istehsal olunan məhsullar ixrac ediləcək, eyni zamanda, bizim artan tələbatımızı da təmin edəcəkdir. Biz bu gün zavodun birinci fazasının açılışını qeyd edirik. Burada 50 min ton yüksək keyfiyyətli alüminium istehsal olunacaqdır. 2013-cü ildə ikinci fazanın işə düşməsi nəticəsində zavodun istehsal gücü 100 min tona çatacaqdır və ondan sonrakı dövrdə əlavə vəsaitin qoyuluşu hesabına biz bu həcmi 200 min tona artıracağıq.

Bu, doğrudan da, ölkə iqtisadiyyatı üçün böyük layihədir. Həm gəlirli layihədir, həm yeni iş yerlərinin açılması üçün bizə şərait yaradır. Mənə verilən məlumata görə, burada 600-dən artıq insan işləyir. Vaxtilə böhrana görə dayanmış gil-torpaq zavodu da bu yaxınlarda işə başlamışdır. Orada da 1200 insan işləyir. Bütövlükdə son aylar ərzində 2000-ə yaxın insan işlə təmin edilibdir. Bu zavodun tikintisi Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsidir. Bu yaxınlarda Nazirlər Kabinetinin toplantısında mən bir daha bu məsələ ilə bağlı fikirlərimi bildirdim. Azərbaycanda güclü sənayeləşmə prosesi gedir. Yeni sənaye müəssisələri yaradılır, özəl sektorun inkişafı üçün dövlət dəstəyini əsirgəmir, kiçik və orta sahibkarlıq inkişaf edir. Kiçik və orta sahibkarlığın inkişafı ilə paralel olaraq böyük sənaye müəssisələrinin yaradılmasına da böyük ehtiyac vardır. Gəncə alüminium zavodu bu sıradan olan zavoddur.

Bu, böyük sənaye mərkəzidir. Biz Azərbaycanda müasir səviyyədə alüminium sənayesinin yaradılması üçün bu gün birinci addımı atırıq. Əminəm ki, gələcəkdə biz dediyim rəqəmlərə çatacağıq. Biz zavodun istehsal gücünü indikindən 4 dəfə artıracağıq və təbii ki, burada yeni imkanlar yaradılacaq, yeni iş yerləri açılacaq və Azərbaycanın qeyri-neft potensialı daha da güclənəcəkdir. Bu sahə də bizim üçün prioritet sahədir. Biz qeyri-neft iqtisadiyyatımızın inkişafı üçün uzun illərdir ki, çalışırıq, təşəbbüslərimizi irəli sürürük və gözəl nəticələri də görürük. Çünki 2011-ci ilin yeklunlarına görə, Azərbaycanda qeyri-neft sektoru təxminən 10 faiz artmışdır. Neftlə, qazla zəngin olan ölkə üçün bu, həddindən artıq vacibdir. Çünki biz gələcəyimizi şaxələndirilmiş iqtisadiyyatda görürük. Biz gələcəyimizi dayanıqlı iqtisadiyyatda görürük. Təbii resurslarımız bizim üçün sadəcə olaraq bir vasitədir ki, ölkəmizi hərtərəfli şəkildə inkişaf etdirək və güclü qeyri-neft iqtisadiyyatı yaradaq. Bu istqiamətdə atılan addımlar çox sevindiricidir. Bu zavodun fəaliyyətə başlaması bir daha demək istəyirəm ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına da böyük təkan verəcəkdir.

Bu zavodun tikintisi, eyni zamanda, özündə regional inkişaf proqramını da ehtiva edir. Bu proqrama da böyük diqqət göstərilir. Bizim bütün bölgələr inkişafdadır, quruculuq, abadlıq işləri gedir, yeni iş yerləri açılır. Beləliklə, regional inkişaf üçün bu zavodun böyük əhəmiyyəti vardır. Burada poladəritmə kompleksinin tikintisi də uğrula gedir və bu zavodun təməl daşı qoyulan zaman, eyni zamanda, böyük metallurgiya kompleksinin təməl daşı qoyulmuşdur. O sahədə də işlər gedir.

Metallurgiya sənayesinin yaradılması istiqamətində çox ciddi işlər gedir. Əminəm ki, yaxın zamanlarda Azərbaycanda yeni bir istehsal sahəsi – metallurgiya sahəsi öz fəaliyyətinə başlayacaqdır. Bir tərəfdən biz ölkəmizin daxili tələbatını ödəyəcəyik və güclü ixrac potensialı da yaradılacaqdır.

Bu, elə sahələrdir ki, bu sahələr üçün bazarları axtarmağa ehtiyac yoxdur. Çünki bu məhsullar – alüminium, metallurgiya istehsalı daim tələb olunan məhsullardır. Yenə də deyirəm, bizim artan sənaye potensialımız və həyata keçirilən proqramlar, eyni zamanda, dünyada bu məhsullara olan tələbat daim bu zavodlara dəstək olacaqdır. Bir daha demək istəyirəm ki, bu sahədə görülən işlər Azərbaycanın ümumi inkişaf strategiyasını əhatə edir. Bu stategiya müasirlik, yenilik strategiyasıdır. Biz istəyirik ki, bütün sahələrdə ən qabaqcıl təcrübəni tətbiq edək. Burada istehsal olunan alüminium dünya səviyyəli məhsullardandır. Eyni zamanda, belə zavodların tikintisi kadr hazırlığı üçün də böyük əhəmiyyətə malikdir.

Burada işləyən peşəkar kadrlar, əlbəttə ki, yaxşı maaş almalıdırlar. Mənə verilən məlumata görə, bu məsələ də öz həllini tapır.

Bir sözlə, belə zavodların tikintisi və yeni sənaye sahələrinin yaradılması prosesi çox sevindiricidir. Xüsusilə dünyada hələ də davam edən və yeni mərhələsi gözlənilən maliyyə və iqtisadi böhran zamanında Azərbaycanda belə böyük sənaye müəssisələrinin yaradılması bizim düzgün yolda olmağımızı göstərir. Biz inkişafdayıq. Azərbaycanda iqtisadiyyat, sənaye potensialımız artır. Sosial proqramlar icra edilir, maaşlar, pensiyalar artır. Keçən ilin yekunları ilə bağlı keçirilən Nazirlər Kabinetinin toplantısında bütün bu rəqəmlər səslənmişdir. 2011-ci ildə ölkə iqtisadiyyatına 20 milyard dollar vəsait qoyulmuşdur, ondan əvvəlki ildə 17,6 milyard. Böyük məbləğdir və bu vəsait hesabına ölkəmizin hər bir bölgəsi inkişaf edir, böyük proqramlar icra edilir. O cümlədən bu bölgənin və Gəncənin inkişafı ilə bağlı konkret proqramlar, infrastruktur proqramları icra edilir, işsizliyin aradan qaldırılması üçün konkret addımlar atılır. 2012-ci ildə sosial infrastrukturun yaradılması ilə bağlı daha da böyük vəsait ayrılacaqdır. Məktəb tikintisi davam etdirilir.

Gəncənin içməli su ilə təmin edilməsi üçün konkret layihələr icra edilir, kanalizasiya sistemi yenidən qurulur. Şəhərdə çox böyük abadlıq işləri aparılır. Bilirsiniz ki, mən Gəncədə tez-tez oluram və bu gün səhər tezdən şəhərlə bir daha tanış olmuşam və görürəm ki, doğrudan da çox böyük və çox dəyərli işlər görülür. Şəhər gözəlləşir, abadlaşır, binalar təmir edilir, yeni parklar salınır, yeni ictimai yerlər yaradılır. Biz bu gün səhər Gəncə Dövlət Filarmoniyasının təməl daşını qoyduq. Bilirəm ki, bu da gəncəlilərin uzun illərdir arzuladıqları bir hadisədir. Əminəm ki, yaxın iki il ərzində gözəl, memarlıq cəhətdən çox gözəl və möhtəşəm Gəncə Filarmoniyası da öz işinə başlayacaqdır.

Bir sözlə, Gəncədə olduğu kimi, hər bir bölgədə bütün sahələr üzrə konkret işlər görülür. İş yerləri, qeyri-neft sektoru, özəl sahibkarlığın inkişafı, yeni nəhəng sənaye müəssisələrinin yaradılması, məktəblər, tibb ocaqları, mədəniyyət ocaqları, abadlıq işləri – bax, ölkəmiz bu cür inkişaf edir. Mən çox şadam ki, əvvəlki illərdə qəbul etdiyimz proqramlar icra edilir, əvvəlki dövrlərdə böhrana baxmayaraq, başladığımız layihələr bu gün reallığa çevrilir. Biz Gəncə alüminum zavodunun timsalında Azərbaycanın sənaye potensialının inkişafını görürük.

Mən sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Yenə də demək istəyirəm ki, istehsal gücü 50 min ton olan bu zavodun fəaliyyətə başlaması birinci addımdır, amma çox böyük addımdır. Bu zavodun tikintisinə çox böyük vəsait qoyulmuşdur, həm özəl qurumlar tərəfindən, həm də dövlət infrastruktur layihələrini təqdim etməklə dəstəyini göstərmişdir. Demək istəyirəm ki, bu, sadəcə olaraq birinci addımdır. Əgər hər şey bizim planlarımız əsasında getsə, bu zavodun istehsal həcmi ən azı 4 dəfə artacaq, burada yeni metallurgiya kompleksi tikiləcək və beləliklə, ölkə iqtisadiyyatı üçün əvəzolunmaz töhfə veriləcəkdir.

Bu gözəl hadisə münasibətilə sizin hamınızı bir daha ürəkdən təbrik edirəm, bütün gəncəlilərə cansağlığı və xoşbəxtlik arzulayıram. Sağ olun.

SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06