İsveçrənin Davos şəhərində Azərbaycana həsr olunan interaktiv sessiyada İlham Əliyevin nitqi

28 yanvar 2012, 22:40
İsveçrənin Davos şəhərində Azərbaycana həsr olunan interaktiv sessiyada İlham Əliyevin nitqi

- Çox sağ olun. Əvvəlcə bu cür görüşü təşkil etdiyiniz üçün sizə minnətdarlığımı bildirmək istəyirəm. Yenidən Davosa gəlməyimə şadam. Bu dəfə Azərbaycana həsr olunmuş xüsusi tədbirdə iştirak edirik. Bu gün Azərbaycanın Davosda daha da geniş şəkildə təqdim olunduğuna şadam. Burada bizim ənənəvi xalçalarımız və milli mətbəximiz sərgilənir. Əlbəttə ki, biz Bakıdan gəlmişik. Burada da özümüzü Bakıdakı kimi hiss etdik.

Ölkə uğurla inkişaf edir. Son bir neçə ildə iqtisadi inkişaf göstəriciləri, doğrudan da heyranedicidir: 2004-cü ildən etibarən bu, 300 faiz təşkil edib. Əlbəttə, biz anlayırıq ki, bu artımın ən böyük hissəsi neft və qaz sektorunun payına düşür. Bu da 20 ildir müstəqil yaşayan bir ölkə üçün təbii haldır.

Hər bir ölkə, xüsusən də keçid dövrünü yaşayan ölkə bütün resurslarından, təbii sərvətlərindən istifadə etməlidir ki, güclü iqtisadiyyat qursun. Bu, bizim məqsədimiz və siyasətimiz idi. Çoxmilyardlı iri sərmayələrin neft və qaz sektoruna cəlb edilməsi bizə iqtisadiyyatımızı şaxələndirməyə kömək edir. İndi biz qarşımızda yeni məqsəd qoymuşuq. Məqsəd artıq üç dəfə artmış ümumi daxili məhsulu yenidən ikiqat artırmaqdır. Lakin iqtisadiyyatı əsasən qeyri-enerji sektorunun inkişaf etdirilməsi hesabına ikiqat artırmaq istəyirik.

Neft və qazı hasil edən ölkə kimi biz həmişə ümumi daxili məhsula qeyri-enerji və enerji ümumi daxili məhsulu nöqteyi- nəzərindən baxırıq. Beləliklə, keçən il qeyri-neft sənayesi 11 faiz, qeyri-neft sektoru isə 9 faiz artıb. Bu gün qarşıda duran məqsədimiz ölkənin müasirləşdirilməsi, şaxələndirilməsi və növbəti 10-12 il ərzində sürətli inkişafıdır. Çünki ölkənin regionlarının inkişafı ilə bağlı ilk proqram 2004-cü ildə qəbul olunmuşdur. Bununla da, 2014-cü ildə biz 10 illik inkişafın yeni mərhələsinə başlayacağıq. Biz çox sayda xarici sərmayələrdən bəhrələnirik. Son 15 il ərzində qoyulan sərmayələrin ümumi həcmi təqribən 110 milyard dollar təşkil edib. Təkcə keçən il ölkəyə 20 milyard dollar məbləğində sərmayə yatırılıb ki, bunun da 7 milyardı xarici sərmayələrin payına düşür. Bu da onu göstərir ki, Azərbaycan hələ də xarici şirkətlər üçün cəlbedici ölkədir və bu, təkcə neft və qaz ilə bağlı deyildir.

İndi neft və qaz sahəsində sərmayələrin həcmi düşməkdədir, çünki bütün əsas layihələrin icrası başa çatıb. Sənaye, turizm və xidmət sahələrinə qoyulan sərmayələr artmaqdadır. Neft və qaz satışından əldə etdiyimiz maliyyə resurslarını iqtisadiyyatın real sektorlarına – informasiya texnologiyaları, təhsil sahələrinə yönəltmişik.

Bir neçə il əvvəl mən bəyan etdim ki, biz “qara qızıl”ı insan kapitalına çevirməliyik. Çünki inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, yalnız yüksək səviyyəli texnoloji tərəqqiyə, yüksək səviyyəli təhsilə nail olmaqla inkişaf etmiş ölkəyə çevrilmək mümkündür. Buna görə də, biz gənclərimizi dünyanın aparıcı universitetlərində təhsil almağa göndəririk və yaxşı nəticələr görürük.

Biz artıq özümüzü çox gözəl sərmayə mühiti olan ölkə kimi tanıtmışıq. Azərbaycana birbaşa xarici sərmayə axını hər hansı MDB ölkəsindən daha yüksəkdir. İqtisadiyyatın rəqabətədavamlılığı da artmaqdadır. Davos İqtisadi Forumunun reytinqinə əsasən, Azərbaycan iqtisadiyyatın rəqabətədavamlılığına görə 55-ci, MDB-də isə birinci yerdə qərarlaşır. Bu, bizim üçün çox mühüm nailiyyətdir. Belə ki, bu, bizim apardığımız şaxələndirmə siyasətinin artıq bəhrə verdiyini sübut edir.

Əlbəttə ki, enerji sektoru iqtisadiyyatımızda üstünlük təşkil etməkdə davam edəcəkdir. Bu, təbiidir, çünki neft istehsalı təqribən 50 milyon ton təşkil edir. Qaz istehsalı isə bu il 30 milyard kubmetrə yaxın olacaqdır. Yeni layihələr və sərmayələrlə bu rəqəm 50 milyarda da çata bilər. Beləliklə, qeyri-enerji iqtisadiyyatımızda nə qədər artım əldə etməyə çalışmağımıza baxmayaraq, enerji həmişə ümumi daxili məhsulda üstünlük təşkil edəcəkdir. Lakin bu, təbii haldır və yeni üfüqlər açır. Çünki indi

Azərbaycanın iqtisadi və enerji siyasəti, həmçinin ölkənin siyasi çəkisinə transformasiya olunur.

Avropa İttifaqı bizi Azərbaycan qazını Avropaya çatdıracaq “Cənub” qaz dəhlizinə töhfə verən və bunu mümkün edən ölkə kimi qiymətləndirir. Ötən bir neçə ay ərzində biz çox mühüm nailiyyətlər əldə etmişik, tranzitə dair sazişlər və böyük həcmdə Azərbaycan qazını Avropa ölkələrinə çatdıracaq qaz boru kəmərinin tikintisinə dair sazişlər imzalamışıq. Bu, öz növbəsində bizə hələ 1994-cü ildə başladığımız ilk enerji layihələrindən daha çox fayda gətirəcəkdir. Çünki o zaman bu qədər genişmiqyaslı fəaliyyəti yerinə yetirə biləcək şirkətlər yox idi. İndi isə bizim iri tikinti şirkətləri - xidmət, enerji, qeyri-enerji sahələrində fəaliyyət göstərən şirkətlərimiz vardır ki, onlar da qaz yataqlarına qoyulan bu 20 milyard dollarlıq sərmayənin bir hissəsi olacaqdır. Belə ki, bu sərvət çoxşaxələnmiş bir üsulla yayılacaqdır.

Ümumiyyətlə, iqtisadiyyatda hazırda rol oynayan nailiyyətlərimizdən biri də şəffaflıqdır. Azərbaycan Beynəlxalq Şəffaflıq Təşəbbüsünə səkkiz il əvvəl qoşulub və indi həmin təşəbbüsün tam hüquqlu üzvüdür. Biz enerji sektorumuzda tam şəffaflığa nail olmuşuq. İndi biz sistemi dəyişirik. Bu yanaşmanı bütövlükdə maliyyə sistemində tətbiq edirik. Beləliklə, gələcək üçün perspektivlər müsbətdir, iqtisadiyyat sabit, davamlı, özünü təmin edəndir, enerji sektorundan güclü dəstək alır və ölkənin strateji gələcəyinin tam aydın mənzərəsini yaradır. Ən ali məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir. Bizim bütün qurumlarımız və nazirliklərimiz bunun üzərində çalışırlar. Bu gün rabitə və texnologiya, maliyyə, ekologiya və təbii sərvətlər nazirləri də buradadırlar. Onlar da təmsil etdikləri sektorlar haqqında daha geniş məlumat verəcəklər.

SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06