İlham Əliyev Çexiyanın xarici işlər nazirini qəbul etmişdir

14 may 2010, 16:10
İlham Əliyev Çexiyanın xarici işlər nazirini qəbul etmişdir

Prezident İlham Əliyev Çexiya Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Yan Kohoutun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirən dövlətimizin başçısı Avropa İttifaqı-Azərbaycan əlaqələrinin, regional əməkdaşlığın dövlətlərimiz üçün qarşılıqlı maraq doğuran məsələlərdən olduğunu vurğulamışdır. Prezident İlham Əliyev ümidvar olduğunu bildirmişdir ki, Çexiya Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Yan Kohoutun Azərbaycana səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi işinə xidmət edəcəkdir. Çexiya Respublikasının ölkəmizdə səfirliyinin açılmasının önəmini qeyd edən dövlətimizin başçısı bu hadisəni ikitərəfli münasibətlərimizin mühüm elementi kimi dəyərləndirmişdir.

Çexiya Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Yan Kohout bu səfərin Çexiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə dair məsələlərin müzakirə edilməsi üçün yaxşı imkan yaratdığını bildirmişdir. O, Azərbaycan ilə əlaqələrin Çexiya üçün strateji xarakter daşıdığını vurğulamışdır. Yan Kohout 2009-cu ildə Azərbaycanın dövlət başçısının Çexiya Respublikasına səfərinin ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsi işində xüsusi rolunu qeyd etmişdir.

SƏNƏDLƏR Sərəncamlar 12 fevral 2025
18:12
E.Ş.Bağırovun Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elnur Şəmistan oğlu Bağırov Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin...

12 fevral 2025, 18:12
SƏNƏDLƏR Fərmanlar 12 fevral 2025
18:06
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Əsasnaməsi” təsdiq...

12 fevral 2025, 18:06
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:10
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi...

11 fevral 2025, 16:10