Ağstafada yenidən qurulmuş Səməd Vurğun adına mədəniyyət və istirahət parkının açılışında İlham Əliyevin nitqi

12 aprel 2012, 15:30
Ağstafada yenidən qurulmuş Səməd Vurğun adına mədəniyyət və istirahət parkının açılışında İlham Əliyevin nitqi

- Mən yenidən qərb bölgəsində olmağımdan çox məmnunam. Birinci dəfə deyil ki, sizinlə görüşürəm. Hər dəfə qərb bölgəsində olarkən, burada inkişafı görərkən çox sevinirəm. Bu gün səhər Qazaxda, indi burada – Ağstafada tədbirlərdə iştirak edirəm. Bundan sonra Tovuza gedəcəyəm. Bir gün ərzində həm bölgə, həm də ölkəmiz üçün çox vacib tədbirlər keçirilir, çox vacib açılışlar təşkil edilir – kənd yollarının, yeni sənaye, emal müəssisələrinin açılışları. Bütün bu işlər ölkəmizin dinamik inkişafını göstərir. Azərbaycanın inkişafı bölgələrin inkişafından asılıdır. Uzunmüddətli dayanıqlı inkişaf istəyiriksə, mütləq qeyri-neft sektoru inkişaf etməlidir. Mən çox şadam ki, həm Ağstafada, həm Qazaxda, digər bölgələrdə bu sahədə görülən işlər təqdirəlayiqdir.

Ümumiyyətlə, ölkə iqtisadiyyatı sürətlə inkişaf edir. Bölgələrdə proseslər müsbət istiqamətdə gedir. Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilir. Azərbaycan bu gün, sözün əsl mənasında, öz inkişaf dövrünü yaşayır. Çalışmalıyıq ki, bu dinamik inkişaf templərini saxlayaq.

İndi qarşımızda yeni məsələlər dayanır. Ümumi daxili məhsuldakı struktur islahatları bundan sonrakı dövrdə də aparılmalıdır. Biz növbəti 10 il ərzində inkişafımızı daha çox qeyri-neft sektoru hesabına təmin etməliyik. Belə olan halda, əminəm ki, 10 ildən sonra Azərbaycan dünya miqyasında yüksək gəlirli ölkəyə çevriləcəkdir. Bu gün açılan yeni müəssisələr – bu bölgədə yerləşən yeni müəssisələr minlərlə iş yeri deməkdir. Hər bir iş yerinin açılması ölkə iqtisadiyyatına da böyük töhfədir, hər bir ailəyə də böyük dəstəkdir. İş yeri olan zaman əlbəttə ki, insanlar yaxşı maaş alırlar, işləyirlər və biz idxaldan asılılığımızı daha da azaldırıq.

İqtisadi sahədəki bütün bu müsbət meyillərlə yanaşı, başqa sahələrdə də uğurlar göz qabağındadır. Ölkəmizin ümumi inkişafı artıq dünya birliyi tərəfindən qəbul edilir və tanınır. Dünya birliyi Azərbaycanı çox dəyərli və etibarlı, dost və tərəfdaş kimi qəbul edir.

Bizim 20 illik müstəqillik tarixində ən böyük diplomatik uğurumuz BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimizdir. Çox gərgin, amma ədalətli mübarizədə biz dünya birliyinin böyük dəstəyini əldə etmişik. 155 ölkə Azərbaycanı dəstəkləmişdir.

Gənc müstəqil ölkə üçün bu, həddindən artıq çox böyük nəticədir. Bizim bu mötəbər quruma seçilmək cəhdlərimiz də uğurla nəticələndi. Birinci dəfədən Azərbaycan böyük səs çoxluğu ilə seçilibdir. Bu fakt özlüyündə bir çox məsələlərə eyham vurur.

Birinci növbədə, Azərbaycanın dünyadakı mövqeləri möhkəmlənir, Azərbaycanı daha da çox tanıyırlar. İkinci tərəfdən, Azərbaycanda gedən müsbət işlər, islahatlar ölkəmizin gücünü artırır. İndi bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı çoxalır. Yəni, bu sahədə də görülən işlər müsbətdir. Beləliklə, Azərbaycan indi nəinki regionda, dünyada da qlobal məsələlərin həllində öz sözünü deyir və deyəcəkdir. Biz birinci gündən Təhlükəsizlik Şurasında fəallığımızla seçilirik və prinsipial mövqeyimizi ortaya qoyuruq. Deyə bilərəm ki, müstəqillik tarixinin, bu 20 ilin ən yaddaqalan məqamlarından biri odur ki, biz müstəqil siyasət aparırıq. Artıq bu siyasətlə hesablaşmaq lazımdır, bu siyasət öz düzgünlüyünü təsdiq etmişdir və 20 il ərzində həm ölkə daxilində, həm regionda, həm dünyada Azərbaycan özünü göstərmişdir.

Azərbaycan dövləti güclü dövlətdir, güclü dövlətçilik əsaslarımız vardır. Elə etməliyik ki, bu müsbət dinamikanı gələcək illərdə də saxlayaq, ölkəmizin hərtərəfli inkişafına nail olaq və ölkə qarşısında duran bütün məsələləri həll edək. Bu məsələlər var, həm sosial, həm iqtisadi sahədə islahatların aparılması davam etdirilməlidir. Biz bütün bunlar haqqında kifayət qədər açıq və geniş proqrama malikik. Bu proqram vətəndaşlara təqdim edilib və vətəndaşların dəstəyi ilə bu işləri aparırıq.

Bu gün bu görüşdə bölgə ziyalıları toplaşmışlar. Mən ziyalılarla tez-tez görüşürəm, həm bölgələrdə, həm Bakıda. Bu görüşlərin çox böyük mənası, çox böyük əhəmiyyəti vardır. Həm xarici, həm daxili siyasətlə, həm də sosial sahə ilə bağlı bütün məsələlər həll olunur. Ancaq dövlətimizin əsasları bizim milli, mənəvi dəyərlərdir. Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm, bir daha demək istəyirəm ki, bu, sadəcə gözəl sözlər deyil, həqiqətdir. Əgər biz dövlətçiliyimizi güclü milli dəyərlər üzərində qurmasaydıq, bugünkü inkişaf yarımçıq olardı, uzunmüddətli olmazdı.

Xüsusilə indiki zəmanədə dünyada gedən proseslər əlbəttə ki, dünyanın həm siyasi xəritəsini dəyişdirir, həm ölkələr arasındakı münasibətlər yeni müstəviyə keçir. Qloballaşma meyilləri güclənir. Qloballaşmanın həm müsbət, həm mənfi tərəfləri vardır ki, biz bu barədə açıq danışmalıyıq və hər halda mən fürsət olanda bu barədə öz fikirlərimi ifadə edirəm.

Belə olan halda mütləq hər bir dövlət, hər bir xalq öz mənəvi dəyərlərinə daha da bağlı olmalıdır.

Bizim üstünlüyümüz ondan ibarətdir ki, çox gözəl ənənələrimiz, gözəl dəyərlərimiz vardır. Bunlar Azərbaycan dəyərləridir.

Bizim dəyərlər ümumbəşəri dəyərlərin bir hissəsidir. Azərbaycan dəyərləri deyə bilərəm ki, dünya üçün örnək ola bilər.

Gənc nəsil milli ruhda böyüməlidir. Gənc nəslin milli ruhda böyüməsi üçün gənc nəsil öz ölkəsində rahat yaşamalıdır, qürur hissi keçirməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə güclü Azərbaycan dövləti, eyni zamanda, bu milli mənəvi dəyərləri də gücləndirir. Bu dəyərlər təkcə keçmişdən bizə miras qalan dəyərlər deyildir. Halbuki əsas bundan ibarətdir.

Bugünkü uğurlu inkişaf, bizim hər sahədəki nailiyyətlərimiz, qələbələrimiz hər bir vətəndaşı daha da çox ruhlandırır. Hər bir vətəndaş öz ölkəsini daha çox sevir, ölkəsinə daha çox bağlı olur. Biz tariximizi yaxşı bilməliyik. Əfsuslar olsun ki, bizim nəsil, məndən yaşlı olanlar çox məhdud ideoloji çərçivələr arasında böyümüşdür. Müstəqillikdən sonra tariximizlə bağlı olan reallıqları dərk etməyə başlamışıq. Görmüşük ki, doğrudan da Azərbaycan xalqı nə qədər böyük əziyyətlər çəkib, bizə qarşı nə qədər ədalətsizliklər olub. Azərbaycan xalqının iradəsini sındırmaq istəyənlərin səyləri nə qədər çox olub. Amma buna baxmayaraq, biz milli mənliyimizi, dəyərlərimizi, ənənələrimizi saxlaya bilmişik.

Bu gün əlbəttə ki, gənc nəsil və biz tarixə, keçmişə ədalətli mövqedən yanaşırıq. Yəni, tarixi yenidən öyrənirik. Gənc nəsil bu tarixi bilməlidir, vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə almalıdır. Buna nail olmaq üçün, ilk növbədə, əsas vəzifə əlbəttə ki, dövlətin, dövləti idarə edənlərin, eyni zamanda, ziyalıların üzərinə düşür.

Mən çox istərdim ki, bizim ziyalılar bundan sonra da əsərləri, fikirləri, baxışları ilə bu müsbət meyilləri daha da gücləndirsinlər. Azərbaycan cəmiyyətində ziyalılara bütün dövrlərdə böyük hörmət olub - ictimai-siyasi quruluşdan asılı olmayaraq, sovet dövründə də, ondan əvvəlki dövrdə də, müstəqillik dövründə də. Bu, çox müsbət bir haldır. Biz heç də hər bir cəmiyyətdə buna rast gələ bilmərik. Bu, bizim xüsusiyyətimizdir və biz bu ənənəni yaşatmalıyıq.

Dövlət tərəfindən ziyalılara olan qayğı, dəstək artır, son zamanlar özünü daha da çox büruzə verir. Sovet İttifaqı dağıldıqda və müstəqilliyin ilk illərində imkanlarımız da yox idi. Dövlətin imkanları da yox idi ki, ziyalılara daha da çox diqqət göstərsin. Ancaq indi imkanlar artdıqca, ilk növbədə, bu məsələyə diqqət göstərilir. Yüzlərlə ziyalımız Prezident təqaüdü alır, mükafatlandırılırlar. Müxtəlif tədbirlər keçirilir. Uzun fasilədən sonra kitabların nəşri bərpa edilib və bu gün daha geniş vüsət almalıdır.

Ziyalılar da öz növbəsində, əlbəttə, vətəndaşlıq mövqeyi ilə ümumi işimizə töhfəsini verməlidirlər, verirlər. Öz əsərləri, fikirləri ilə qarşıda duran məqsədlərimizə çatmaq üçün səylərini daha da artırmalıdırlar.

Keçən il müstəqilliyimizin 20 illiyi qeyd olundu. Bu, tarix baxımından çox qısa bir dövrdür. İyirmi il tarix üçün bir an, bir saniyədir. Ancaq eyni zamanda, 20 il ərzində çox iş görmək olar və çox iş də görülübdür. Haradan haraya gəlmişik. Biz dağıdılmış, xaos içində çabalayan, heç bir dövlətçilik əsası olmayan ölkədən bu gün dünyanın sayılıb-seçilən ölkələri sırasına daxil olmuşuq, həm ölkədə gedən islahatlarla, həm beynəlxalq mövqelərimizin gücləndirilməsi hesabına.

Bu 20 illik müstəqillik tarixi hesab edirəm ki, bizim həm ədəbiyyatda, həm publisistikada, həm də digər sahələrdə daha da çox öz əksini tapmalıdır. Yəni, 20 il bir dövrdür ki, artıq bu dövrü təhlil etmək üçün imkanlar vardır. Əgər biz bunu düzgün, dəqiq təhlil etsək, həm tarixi həqiqətə töhfəmizi verərik, eyni zamanda, gələcək üçün də bir yol açılar. Yəni, 20 il arxada qaldı. Bundan sonra 20 il ərzində bizi nələr gözləyir?! Bizim planlarımız, ideyalarımız, fikirlərimiz nədir?! Əlbəttə ki, ölkə siyasətini siyasi hakimiyyət müəyyən edir. Ona görə də insanlar siyasi lideri – Prezidenti seçirlər, ona etimad göstərib seçirlər. Ancaq eyni zamanda, gələcəyə baxışlarımızın spektri çox geniş olmalıdır. Burada cəmiyyətin ziyalı zümrəsi, elitası öz rolunu oynamalıdır.

Mən çox istərdim ki, həm bizim 20 illik müstəqillik tariximizlə, həm də əvvəlki tariximizlə bağlı daha da dolğun, daha da mənalı və çoxsaylı materiallar üzə çıxsın. Əlbəttə ki, bu da çox vacibdir və bu istiqamətdə də işlər gedir. Ümumiyyətlə, ölkəmizin gələcək inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparılmalıdır.

Əsas istiqamətlər müəyyən edilibdir. Azərbaycan müstəqil ölkə kimi bundan sonra əbədi yaşayacaqdır. Müstəqil siyasət aparan ölkə kimi Azərbaycan dünya miqyasında özünü tanıtdıra bilibdir və bu reallıqlarla istər-istəməz bütün ölkələr hesablaşmalıdır. Bizi müstəqil siyasətdən döndərə biləcək bir qüvvə yoxdur. Bizim siyasətimiz xoşniyyətlidir, milli maraqlarımızı müdafiə edəndir, əməkdaşlığa geniş mənada hazırıq.

Biz gərək perspektivlərimiz haqqında dəqiq proqramları tətbiq edək. Bu proqramlar var, onlar daha çox iqtisadi və sosial məsələləri əhatə edir. O ki qaldı dövlətimizin ideoloji əsasları ilə bağlı məsələlərə, biz bu sahədə daha da çox işləməliyik. Biz 20 il bundan sonra ölkəmizi necə görmək istəyirik?! Bu gün yeniyetmə yaşında olan gəncləri biz necə tərbiyə edəcəyik?! Onlar hansı ruhda tərbiyə olunacaqlar, onlar öz dövlətinə nə qədər bağlı olacaqlar, öz milli mənliyini necə qoruyub saxlayacaqlar!? Çünki qloballaşma meyilləri gedir və bəzi hallarda böyük güc mərkəzləri qloballaşma adı altında öz siyasətini yeridirlər. Bu da heç kimə sirr deyil ki, kənar qüvvələrin bəzi çox gözəl şüarlar altında maraqlarını təmin etmək üçün səylər göstərilir. Gənclərimiz buna hazır olacaqlarmı?! Biz buna hazırıq və istənilən təzyiqə dözürük, dözəcəyik və öz seçimimizi müdafiə edirik və edəcəyik.

Ancaq qloballaşma dövründə təhsil, mədəniyyət, yenə də deyirəm, ziyalıların sözü müstəsna əhəmiyyətə malikdir. Ona görə də hesab edirəm ki, bugünkü görüşdə biz bu məsələlər ətrafında danışmalıyıq. Azərbaycanın bugünkü reallıqları belədir ki, yenə də demək istəyirəm, bizi gələcəkdə ancaq və ancaq inkişaf gözləyir. Mən buna tam əminəm və ölkəmizin bugünkü reallıqları, gələcək planlarımız bu əminliyi yaradır. Bizim 2023-cü ilə qədər artıq konkret proqramlarımız vardır.

Yəqin ki, 2014-cü ildə yeni onillik inkişaf proqramı təsdiq olunacaqdır.

Ancaq sosial və iqtisadi məsələlərdən başqa, yenə də demək istəyirəm ki, ideoloji, siyasi məsələlər, daxili siyasətlə bağlı məsələlər vardır. Bizim uğurlu inkişafımızı təmin etmək üçün bax bütün bu vacib amillər olmalıdır.

Mən bir daha sizi salamlayıram. Mən çox şadam ki, qərb bölgəsinin ziyalıları həmişə olduğu kimi çox fəaldırlar. Bu gün də belədir, istəyirəm ki, gələcəkdə belə olsun.

SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06