13:09

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi təbrik edirəm.
Bu gözəl gün Sizin üçün, ailəniz üçün və bütün Azərbaycan üçün bayramdır.
Sizin Azərbaycan Prezidenti vəzifəsində səmərəli fəaliyyətiniz ölkə vətəndaşlarının inamı və etibarı ilə, gözəl ölkənizin firavanlaşması naminə gördüyünüz işə bütün xalqın verdiyi yüksək qiymətlə dəstəklənir.
Siz yüksək şəxsi keyfiyyətləriniz, qətiyyət və müdrikliyiniz sayəsində xalqın mənafe və amallarını həyata keçirən uzaqgörən və peşəkar siyasi xadim kimi çox böyük nüfuzunuzu hər gün uğurla təsdiqləməyə nail olursunuz. Siz dövlətin beynəlxalq mövqelərinin möhkəmlənməsi üçün daim səy göstərir, Azərbaycan iqtisadiyyatının və sosial həyatının inkişaf etməsinə qayğı ilə yanaşır, ölkədə idmanın tərəqqisinə ciddi diqqət yetirirsiniz.
Bu əlamətdar gündə Zati-alinizə bir daha dərin ehtiramımı bildirir, Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə səmimi qəlbdən uğurlar, xoşbəxtlik, möhkəm cansağlığı, sevinc və firavanlıq, Sizə və yaxınlarınıza tükənməz enerji diləyirəm.
Böyük hörmət və ehtiramla,
İrina Viner-Usmanova
Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:
1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...
21 aprel 2025, 16:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri...
21 aprel 2025, 16:38