Moskvanın müftisi, Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri Albir həzrət Krqanovdan

24 dekabr 2020, 12:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Sizi həyatınızda əlamətdar hadisə - doğum gününüz münasibətilə Rusiya Müsəlmanları Ruhani Məclisi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Doğum günü, sadəcə, bayram deyil. Bu, keçilmiş həyat yolu, gələcək planlar, hələ fəth edilməli yeni zirvələrə aparan yollar barədə düşünmək üçün bir fürsətdir. Sizin əməksevərliyinizi, əzmkarlığınızı, məqsədyönlülüyünüzü və peşəkarlığınızı, ən mürəkkəb məsələlərin düzgün həllini tapmaq bacarığınızı bildiyimiz üçün əminik ki, Siz öz dövlətinizin və xalqınızın mənafeyi naminə həmişə müsbət nəticələrə nail olacaqsınız.

Sizin yüksək səriştənizə və səmimiyyətinizə, insanlara həssas münasibətinizə əsaslanan çoxşaxəli fəaliyyətiniz həmişə qarşıya qoyulan vəzifələrin uğurla reallaşmasına gətirib çıxarıb. Sizin müdrik rəhbərliyiniz dövründə Azərbaycan xalqının tarixi ədalətin bərpa olunması barədə çoxdankı arzusu həyata keçib. Sizin həyatınız insanın zəkasının, təşəbbüskarlığının və əməksevərliyinin ona uğur və haqlı hörmət qazandırdığına parlaq nümunədir.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizin ən fərəhli hisslərinizə şərik olaraq Sizə səmimi-qəlbdən uzun və məhsuldar ömür, möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq, bütün planlarınızın həyata keçməsini, gümrah və xoş əhval-ruhiyyə diləyirik. Doğmalarınıza və yaxınlarınıza firavanlıq və rifah arzu edirik.

Ulu Tanrı haqq yolunda Sizi qorusun və xeyirxah əməllərinizin əvəzini versin.

Hörmətlə və xoş dualarla,

Albir həzrət Krqanov

Moskvanın müftisi,

Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri,

Rusiya Federasiyası İctimai Palatasının üzvü

SƏNƏDLƏR Sərəncamlar 21 aprel 2025
16:40
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...

21 aprel 2025, 16:40