Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki Nümayəndəliyinin direktoru Arye Qutdan

24 dekabr 2020, 16:15

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizin üçün bu əlamətdar gündə mən şəxsən Zati-alinizə - təcrübəli dövlət xadiminə, müstəsna istedadlı, praqmatik siyasi xadimə və Azərbaycan dövlətinin layiqli liderinə bir daha səmimi hörmətimi və minnətdarlığımı bildirmək istərdim.

İsrail xalqı adından, əslən Azərbaycandan olan israillilər adından Sizi və bütün Azərbaycan xalqını erməni işğalçılar üzərində möhtəşəm Qələbənin və Ermənistanın kapitulyasiyasının tam təsdiqi olmuş böyük Zəfər paradı münasibətilə təbrik etmək istəyirəm.

Bu Zəfər paradı şəxsən Azərbaycan Prezidentinin - Müzəffər Ali Baş Komandanın, igid Azərbaycan əsgərinin və zabitinin, bütün Azərbaycan xalqının hərbi, siyasi, mənəvi və texnoloji qələbəsinin təsdiqidir. Azərbaycan otuz il erməni işğalı altında olmuş öz ərazilərini qalib dövlət kimi azad etdi, geosiyasi, hərbi-texniki, texnoloji və diplomatik qüdrətinin, Cənubi Qafqaz regionunda öz əhəmiyyətinin artmasını bütün dünyaya sübut etdi.

Sizin müdrik, çoxvektorlu və tarazlaşdırılmış xarici siyasətiniz sayəsində Azərbaycan Respublikası güclü geosiyasi mərkəzə, həqiqi regional liderə çevrilib, həm postsovet məkanında, həm də dünya birliyində xüsusi yer tutub.

Biz, əslən Azərbaycandan olan israillilər çox fəxr edirik ki, Azərbaycan əsl sivilizasiyalararası, konfessiyalararası və mədəniyyətlərarası dialoqun nümunəsidir. Məhz Sizin praqmatik və müdrik dövləti fəaliyyətiniz sayəsində Azərbaycan digər bütün sahələrlə yanaşı, cəmiyyətin birgə yaşayış tərzi olan tolerantlıq və multikulturalizm siyasətini də uğurla həyata keçirir. Azərbaycanın öz multikulturalizm modeli var. Bu model Ermənistanda hökm sürən millətçilik, şovinizm, faşizm və terrorizm siyasətinin alternatividir.

Siz həm öz xalqınızın, həm də dünyadakı bütün yəhudi icmalarının sevgisini və hörmətini qazanmısınız. Onlar Sizin diplomatiyanıza, Qələbənizə heyrandırlar və buna görə fəxr edirlər.

Əziz İlham Heydər oğlu. Doğum gününüz, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ən xoş arzularımı qəbul edin. Sizə və gözəl ailənizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji, xoşbəxtlik, firavanlıq, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh və rifah arzu edirəm.

Dərin hörmətlə, Sizin

Arye Qut

İsrailli ictimai xadim,

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki Nümayəndəliyinin direktoru,

“İsraildə Azərbaycan Evi” qeyri-hökumət təşkilatının icraçı direktoru

SƏNƏDLƏR Sərəncamlar 18 mart 2025
17:02
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı...

18 mart 2025, 17:02