Rusiya Notariuslar Assosiasiyasının sədri, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Natiq Ağamirovdan

24 dekabr 2020, 19:45

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Möhtərəm İlham Heydər oğlu, icazə verin, doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və firavanlıq, xoş günlər, Azərbaycan naminə, onun rifahı üçün gərgin fəaliyyətinizdə yeni uğurlar diləklərimi bildirim. Qoy, Sizin bütün işləriniz və təşəbbüsləriniz bundan sonra da həmvətənlərimizin rəğbətini qazansın, dostlarınız və məsləkdaşlarınız tərəfindən dəstəklənsin!

Bu unudulmaz günlərdə, bütün Azərbaycan xalqı Vətən müharibəsində tarixi qələbənin sevincini yaşadığı bir vaxtda mən Sizə, doğma xalqının liderinə, Azərbaycanın Prezidentinə xüsusi qürur və minnətdarlıq hissi ilə müraciət edirəm.

Erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağı və ona bitişik 7 rayonu rəşadətli Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə azad etdi. Allaha şükürlər olsun!

Cənab Prezident, bütün bunlara görə Sizə təşəkkür edirəm. Siz dahi Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olmaqla, ölkənin siyasi və sosial-iqtisadi həyatının bütün sahələrində, onun müdafiə qabiliyyətinin möhkəmlənməsində ardıcıl və səmərəli iş apararaq, Azərbaycan tarixində ən qüdrətli dövlət və müasir, yüksək texnoloji silahlarla təchiz olunmuş, döyüş qabiliyyətli ordu yaratmısınız, gənc müstəqil Azərbaycanı güclü, nüfuzlu dövlətlər sırasına çıxarmısınız, onu regional liderə çevirmisiniz.

Siz tarixi Vətənimizin ərazi bütövlüyünü bərpa etmisiniz, əsrin dörddəbirindən çox müddətdə düşmən əsarəti altında olmuş doğma torpağımızı – gözəl Qarabağı bizə qaytarmısınız. Mən, Ağdamda doğulub boya-başa çatmış və uzun illər boyu öz doğma şəhərimin azad edilməsi barədə indi artıq çin olmuş arzularla yaşamış bir insan kimi Sizin qarşınızda baş əyirəm. Siz xalqımızın birliyini təmin etdiniz, ona öz qəddini düzəltməkdə, milli ləyaqət hissini qaytarmaqda kömək etdiniz, gənclərin mənəvi döyüş ruhunu görünməmiş yüksəkliyə qaldırdınız. Siz Azərbaycan xalqını müzəffər millət kimi dirçəltdiniz! Siz bizə bizim nəslin indiyə qədər görmədiyi, bənzərsiz Qələbə duyğusunu bəxş etdiniz.

Siz ən azı Azərbaycanın mövcud olduğu son 200 il ərzində heç bir liderin nail ola bilmədiyi tarixi uğur qazanmısınız. Siz dövlətlərin və xalqların rəhbərlərinin çoxunun yalnız arzu edə biləcəyi nüfuz qazanmısınız. Bütün bunlara görə Sizə, ilk növbədə, möhkəm cansağlığı arzu edirəm. Cansağlığı və səbir!

İnanıram ki, Sizin siyasi xadim, dövlət xadimi və sərkərdə, parlaq intellektual və diplomat, ən yüksək mədəniyyətli və hərtərəfli savadlı şəxsiyyət kimi təcrübəniz bundan sonra da ən mürəkkəb problemləri həll etməyinizə imkan verəcək.

Mən Sizi və bütün həmvətənlərimizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xüsusi duyğu ilə təbrik edirəm. Xalqımız heç vaxt bugünkü kimi həmrəy olmayıb. Bu birliyin qorunub saxlanması və möhkəmləndirilməsi xalqımızın ali məqsədi və dəyəridir.

Qoy, qarşıdan gələn il Sizin üçün və doğma Azərbaycan üçün uğurlu və parlaq hadisələrlə, yeni xeyirxah əməllər və nailiyyətlərlə zəngin olsun!

Sizə və yaxınlarınıza xoşbəxtlik, firavanlıq, gözəl yeni il ovqatı arzu edirəm!

Dərin hörmətlə,

Natiq Ağamirov

Rusiya Notariuslar Assosiasiyasının sədri,

Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti, professor

SƏNƏDLƏR Sərəncamlar 18 mart 2025
17:02
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı...

18 mart 2025, 17:02