İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib

25 fevral 2021, 13:39
İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də "Signify" (əvvəlki adı "Philips Lighting") şirkətinin baş icraçı direktoru Erik Rondolatı və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib.

Şirkətin nümayəndələrini salamlayan Prezident İlham Əliyev dedi:

-Hər vaxtınız xeyir.

Erik Rondolat: Hər vaxtınız xeyir.

Prezident İlham Əliyev: Sizi yenidən görməyə çox şadam. Mən bizim sonuncu görüşlərimizi - ötən ilin yanvar ayında Davosdakı görüşü və həmçinin ötən il videokonfrans vasitəsilə təşkil olunmuş görüşü xatırlayıram. Çox şadam ki, sizin şirkətlə Azərbaycandakı tərəfdaşlarınız arasında əməkdaşlıq çox uğurla davam edir. Davosda razılaşdırdığımız kimi, siz ölkəmizdə çox mühüm layihələri həyata keçirirsiniz. Biz bütün müzakirə etdiklərimiz və razılığa gəldiyimiz məsələləri icra edirik. Mənə bu yaxınlarda məlumat verilmişdir ki, Bakıda, Sumqayıtda və Şamaxıda küçələrin işıqlandırılması layihəsi uğurla davam edir, yaxşı nəticələr əldə olunur, elektrik enerjisinin qənaəti yaxşı səviyyədədir. Bu, çox mühümdür. Çünki bizim ötən dəfə müzakirə etdiyimiz kimi, Azərbaycan şəhərlərinin müasirləşdirilməsi prosesi davam edir. Ona görə də xatırladığınız kimi, Bakıda biz əsas diqqəti küçə işıqları olmayan küçələrə yönəltməyi qərara aldıq. Sumqayıtda, eləcə də Şamaxıda siz layihəni tamamilə üzərinizə götürdünüz. Əminəm ki, belə şəhərlər daha çox olacaq. Çünki biz artıq yaxşı nəticələr görürük. Biz artıq səmərəliliyi görürük. Ötən dəfə müzakirə etdiyimiz kimi, biz bu texnologiyaları yalnız küçələrin işıqlandırılması sektorunda deyil, həm də digər sektorlarda tətbiq edə bilərik - xüsusilə azadlıq müharibəsindən sonra Azərbaycan hər şeyin dağıdıldığı azad edilmiş əraziləri artıq yenidən qurmağa başladığı dövrdə. Mən dəfələrlə dediyim kimi, biz həmin ərazilərdə çox müasir infrastruktur, o cümlədən “ağıllı şəhərlər”, “ağıllı kəndlər” sistemi yaratmağı planlaşdırırıq. Proses artıq başlayıb. Ona görə də bizim müvafiq strukturlarımızla beynəlxalq şirkətlər arasında əməkdaşlıq üçün böyük imkan olacaq. Bu səbəbdən mən əməkdaşlığı davam etdirməyi və birinci layihənin ümidvaram ki, çox yaxın zamanda təhvil verilməsini səbirsizliklə gözləyirəm. Bu, əməkdaşlığımızın çox yaxşı göstəricisi olacaq. Bir daha yalnız müzakirələr və yeni ideyaların inkişaf etdirilməsi baxımından deyil, həm də təmasların qurulması baxımından Davos görüşünün əhəmiyyətini vurğulayıram. Sizi yenidən görməyə çox şadam.

"Signify" şirkətinin baş icraçı direktoru Erik Rondolat: “Sizin Azərbaycanın lideri olaraq münaqişəyə son qoymağınızı görməkdən çox şadıq. Münaqişə heç kim üçün yaxşı deyil və münaqişənin həlli bacarığına malik olan liderlərin olması bizim üçün çox önəmlidir”.

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbriklərini çatdıran "Signify" şirkətinin baş icraçı direktoru vurğuladı ki, dövlətimizin başçısının Qarabağdakı əraziləri yenidən Azərbaycana qaytarmağı onları çox sevindirir. Çünki bu münaqişə uzun müddət idi ki, davam edirdi.

“Siz bir lider olaraq vəziyyətdən düzgün çıxış yolunu tapa bildiniz”, - deyən Erik Rondolat vurğuladı ki, onlar işğaldan azad olunmuş ərazilərin təsvirlərini görüblər və oradakı dağıntıların miqyası onların qəlbində iz buraxıb.

Erik Rondolat ölkəmizdə həyata keçirdikləri layihələrdən danışdı, Bakı, Sumqayıt və Şamaxıda icra olunan layihələrin aprelin sonunadək yekunlaşacağını qeyd etdi. O, ölkəmizdə yeni layihələrin icrasında maraqlı olduqlarını dedi.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Təbriklərinizə görə çox sağ olun. Düşünürəm ki, bu, həqiqətən də təkcə Azərbaycan üçün deyil, həm də bütün region üçün tarixi nailiyyət oldu. Çünki indi regionun tam inteqrasiya olunmaq üçün böyük imkanı var.

Dövlətimizin başçısı münaqişənin həlli ilə regiondakı bütün ölkələr üçün yeni imkanların yaradıldığını dedi. İşğal dövründə həmin ərazilərimizin ermənilər tərəfindən tamamilə dağıdıldığını qeyd edən Prezident İlham Əliyev vurğuladı ki, biz artıq bu ərazilərdə elektrik enerjisinin hasilatı, avtomobil və dəmir yollarının tikintisi ilə bağlı layihələrə start vermişik.

Prezident İlham Əliyev “Signify” şirkətinin ölkəmizdə icra etdiyi layihələri də qeyd edərək dedi:

-Hesab edirəm ki, Bakı, Sumqayıt, Şamaxı layihələri sizin şirkətinizin yüksək fəaliyyətini, səmərəliliyini həqiqətən də nümayiş etdirir. Bizim yeni planlarımız var. Biz artıq digər böyük şəhərlərlə və əlbəttə ki, işğaldan azad olunmuş ərazilərlə bağlı bu planları müzakirə etmişik. Biz hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq və küçələrin işıqlandırılması bunun mühüm bir hissəsi olacaqdır.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
14:44
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının...

10 yanvar 2025, 14:44
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
14:40
“Rəqəmsal ekologiya” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Rəqəmsal ekologiya” informasiya sistemi yaradılsın.

2. “Rəqəmsal ekologiya” informasiya sistemi haqqında Əsasnamə” təsdiq...

10 yanvar 2025, 14:40
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
13:16
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (bundan sonra – Agentlik) vəsaitindən istifadə mexanizmini...

10 yanvar 2025, 13:16
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
13:14
“Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 iyun tarixli 742 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən...

10 yanvar 2025, 13:14
SƏNƏDLƏR Qanunlar 10 yanvar 2025
12:52
“Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2024-cü il oktyabrın 30-da Rabat şəhərində imzalanmış “Azərbaycan Respublikası...

10 yanvar 2025, 12:52