Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə

31 avqust 2021, 14:35

Hörmətli cənab Prezident,

Qardaş Özbəkistan Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Ötən dövr ərzində Sizin müdrik rəhbərliyiniz altında Özbəkistanda

sosial-iqtisadi tərəqqi və digər sahələrdə mühüm nailiyyətlərin əldə edilməsi qardaş dövlət olaraq bizi çox sevindirir.

Qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Özbəkistan münasibətlərinin mövcud vəziyyəti məmnunluq doğurur. Bu münasibətlərimiz siyasi, iqtisadi və mədəni əlaqələrimizin yüksək inkişaf səviyyəsi ilə səciyyələnir.

Əminəm ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın daha da dərinləşməsi istiqamətində atdığımız birgə addımlar bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizi bir daha ürəkdən təbrik edir, qardaş Özbəkistan Respublikasına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 avqust 2021-ci il 

SƏNƏDLƏR Sərəncamlar 21 aprel 2025
16:40
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...

21 aprel 2025, 16:40