İlham Əliyev Ümum Həmkarlar İttifaqları Konfederasiyasının prezidentini və baş katibini qəbul etmişdir

03 iyul 2012, 19:00
İlham Əliyev Ümum Həmkarlar İttifaqları Konfederasiyasının prezidentini və baş katibini qəbul etmişdir

Prezident İlham Əliyev Ümum Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Mixail Şmakovu və konfederasiyanın baş katibi Vladimir Şerbakovu qəbul etmişdir.

Ümum Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Mixail Şmakov Azərbaycanda ölkə rəhbərliyi ilə həmkarlar qurumları arasında sıx əlaqələrin və fəal əməkdaşlığın mövcudluğunu məmnunluqla qeyd etdi. Təşkilatın baş katibi Vladimir Şerbakov bu il Ümum Həmkarlar İttifaqları Konfederasiyasının növbəti qurultayının olacağı və qurultaya hazırlıq işləri barədə dövlət başçısına məlumat verdi. O, Rusiyada və Azərbaycanda hökumət qurumları ilə həmkarlar ittifaqları arasında münasibətləri yüksək dəyərləndirdi.

Ölkəmizə hər dəfə səfər etdikləri zaman Azərbaycanda böyük inkişaf proseslərinin və müsbət dəyişikliklərin şahidi olduqlarını vurğulayan Ümum Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Mixail Şmakov bu istiqamətdə Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın təcrübəsinin və əldə etdiyi nailiyyətlərin yaxşı nümunə kimi rəhbərlik etdiyi təşkilatın iclaslarında müzakirə etdiklərini söylədi. Mixail Şmakov həmkarlar hərəkatındakı yüksək xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ümum Həmkarlar İttifaqları Konfederasiyasının ali mükafatına - Qızıl döş nişanına layiq görülməsi ilə bağlı təşkilatın yekdilliklə qərar qəbul etdiyini dedi və mükafatı dövlət başçısına təqdim etdi.

Dövlət başçısı Ümum Həmkarlar İttifaqları Konfederasiyasının yüksək mükafatına layiq görülməsindən məmnunluğunu ifadə etdi və bunu ölkəmizdə hökumət orqanları ilə həmkarlar ittifaqları arasında əməkdaşlığa verilən yüksək qiymət kimi dəyərləndirdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan dövlətinin əsas məqsədi insanların sosial həyat şəraitini yaxşılaşdırmaqdan, ölkə iqtisadiyyatını daha da gücləndirməkdən ibarətdir.

Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və mədəni sahələrdə uğurla inkişaf etdiyini vurğuladı, münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını dedi. İkitərəfli münasibətlərimizin güclü tarixi bazaya və humanitar əməkdaşlığa əsaslandığını deyən Prezident İlham Əliyev Azərbaycanda Slavyan Universitetinin, rusdilli məktəblərin, Rusiya Mədəniyyət Mərkəzinin, Moskva Dövlət Universitetinin Bakı filialının fəaliyyətini, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının inzibati binasının tikintisini bu sahədə əməkdaşlığın nümunəsi kimi qiymətləndirdi. Dövlət başçısı əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etdi. 

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 06 fevral 2025
15:58
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

06 fevral 2025, 15:58
SƏNƏDLƏR Sərəncamlar 06 fevral 2025
15:52
S.R.Babayevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilsin.

İlham...

06 fevral 2025, 15:52
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
17:24
M.B.Babayevin Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                         

Muxtar Bahadur oğlu Babayev Azərbaycan...

05 fevral 2025, 17:24
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
17:22
M.B.Babayevin Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                                     

Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər...

05 fevral 2025, 17:22
SƏNƏDLƏR Fərmanlar 05 fevral 2025
15:58
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət Təşkilatları və Rəqəmsal Hökumət Bölməsi tərəfindən təmsil olunan Birləşmiş Millətlər Təşkilatı arasında Töhfə Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il noyabrın 11-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial...

05 fevral 2025, 15:58
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
15:54
Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardımlar göstərir.

Ukraynada yaranmış son vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna...

05 fevral 2025, 15:54