İlham Əliyev Rusiya Federasiyasının Baş nazirinin müavinini qəbul edib

24 noyabr 2021, 11:30
İlham Əliyev Rusiya Federasiyasının Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

Söhbət zamanı ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın inkişafından məmnunluq ifadə edildi, bu il ticarət dövriyyəsinin 7 faiz artdığı qeyd olundu. Rusiya şirkətlərinin Azərbaycana böyük maraq göstərdiyi bildirilərək, Prezident İlham Əliyevin bu işdə dəstəyinin önəmi vurğulandı. Bildirildi ki, görüş keçirildiyi vaxtda eyni zamanda Azərbaycan-Rusiya işgüzar dairələri arasında da danışıqlar davam edir.

Görüşdə Rusiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyəti, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu məsələləri geniş müzakirə olundu. Əminlik ifadə edildi ki, Azərbaycan-Rusiya münasibətləri müxtəlif sahələrdə bundan sonra da uğurla inkişaf edəcək.

Söhbət zamanı Rusiya-Azərbaycan-Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli komissiyanın fəaliyyəti və eləcə də gələcək planlar haqqında fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı İlham Əliyev bu sahədə göstərdiyi səylərə görə Aleksey Overçuka təşəkkürünü bildirdi.

Görüşdə o da qeyd olundu ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının tezliklə açılması bölgədə sabitliyə və iqtisadi inkişafa öz töhfəsinin verəcəkdir.

SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
14:44
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının...

10 yanvar 2025, 14:44
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
14:40
“Rəqəmsal ekologiya” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Rəqəmsal ekologiya” informasiya sistemi yaradılsın.

2. “Rəqəmsal ekologiya” informasiya sistemi haqqında Əsasnamə” təsdiq...

10 yanvar 2025, 14:40
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
13:16
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (bundan sonra – Agentlik) vəsaitindən istifadə mexanizmini...

10 yanvar 2025, 13:16