Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvlərindən və təsisçilərindən

23 dekabr 2021, 14:02

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Qardaş Azərbaycan Respublikasının Prezidenti,

Zati-aliləri möhtərəm cənab İlham Əliyev,

Dekabrın 24-nə təsadüf edən doğum gününüz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan çox məmnunuq. Sizə ən xoş arzularımızı bildirir, uzun ömür, cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər diləyirik.

Bütün dünya Sizin müdrik rəhbərliyiniz sayəsində Azərbaycan Respublikasının sürətli inkişafını, sülhün və tolerantlığın bərqərar olmasındakı rolunuzu, bölgənin tərəqqi və inkişafı naminə sərf etdiyiniz zəhməti görür.

Misir-Azərbaycan Dostluq Cəmiyyəti Misir və Azərbaycan xalqları arasında müxtəlif sahələrdəki əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi üçün maksimum səylər göstərir.

Xahiş edirik, ən səmimi arzularımızı və salamlarımızı qəbul edin.

Hörmətlə,

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvləri və təsisçiləri:

Prof. Dr. Əli Cümə - Misir Ərəb Respublikası parlamentinin Dini işlər və vəqflər komitəsinin sədri, əl-Əzhər əl-Şərifin böyük alimlər heyətinin üzvü,


Prof. Dr. Usamə əl-Əbd - Misir parlamentinin Dini işlər və vəqflər komitəsi sədrinin müavini,


Əl-Seyyid Mahmud əl-Şərif - Seyyidlər Həmkarlar İttifaqının sədri, Misir parlamenti sədrinin sabiq birinci müavini,


Dr. Bağdadi İmam - Misir Ərəb Respublikası Ali Təhsil Nazirliyinin Baş direktoru,


Müşavir Tövhid Məhəmməd - vəkil, Misir əl-Xeyr Fondunun hüquq məsələləri üzrə direktoru,


Səfir Yusif əl-Şərqavi – Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı keçmiş səfiri,


Prof. Adil Dərviş - Misirin Helvan Universitetinin professoru, Misir-Çin Universitetinin müşaviri,


General Midhət Camal - Misir əl-Xeyir Fondunda “İbn əs-Səbil” layihəsinin rəhbəri,


Dr. Usamə Əbdürrəhman - Helvan Universitetinin professoru,


Dr. Mona Zidan - Helvan Universitetinin professoru,


Əhməd Əbdu Tarabek - Orta Asiya və Qafqaz məsələləri üzrə tədqiqatçı və jurnalist,


Mustafa Hicazi - “Orange” şirkətinin baş direktoru,


Dr. Seymur Nəsirov – İdarə Heyətinin və Misirdəki Azərbaycan diasporunun sədri, Qahirə Universitetində Azərbaycan dili müəllimi 

SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:09
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”...

29 aprel 2025, 16:09
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:07
Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini,...

29 aprel 2025, 16:07
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2025
12:11
Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 8 aprel tarixli 1658 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan...

29 aprel 2025, 12:11