12:23
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında iştirak ediblər.
18 mart 2025, 12:23Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Fürsətdən istifadə edərək, 60 illik yubileyiniz münasibətilə Sizi təbrik etmək imkanından çox məmnunam.
Hələ 1993-cü ildə, atanız, ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdığı dövrdə, dövlətimiz və xalqımız öz tarixinin ən ağır günlərini yaşayırdı, olum və ya ölüm dilemması, müstəqilliyimizin itirilməsi və dövlətçiliyin süqutu təhlükəsi qarşısında idi.
Ölkəmizin bu bəlalardan xilas edilməsinə, yeni dövlət modelinin qurulmasına, müasir və güclü ordu yaradılmasına, işğal olunmuş ərazilərimizin azad edilməsinə nail olmaq - bütün bunlar xüsusi tarixi bir missiyadır və yalnız görkəmli liderlərin şəxsi bacarığı sayəsində həyata keçirilir.
Ulu Öndərin başladığı və Sizin uğurla davam etdiyiniz bu tarixi missiyanın parlaq nəticələri fəxr və heyranlıq hissi doğurur. Ali Baş Komandan kimi rəhbərliyiniz altında müzəffər Ordumuzun əldə etdiyi tarixi Zəfər xalqımıza təkcə işğal olunmuş əraziləri deyil, həm də özünə hörməti, milli qüruru və gələcəyə inamı qaytardı.
Siz qlobal güclərin hesablaşmalı olduğu Azərbaycanın dünya siyasətində layiqli yerinin və regionumuzun yeni geosiyasi reallıqlarının müəllifi oldunuz.
Bütün bu nailiyyətləri yüksək qiymətləndirərək, bir vətəndaş kimi Sizə dərin minnətdarlığımı və ehtiramımı bildirmək istəyirəm.
Hörmətli cənab Prezident, Sizi yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Dövlətimizin inkişafı, möhkəmlənməsi, xalqımızın firavanlığı və rifahı naminə yürütdüyünüz bu qətiyyətli fəaliyyətinizdə Sizə uğurlar diləyirəm. Sizə və bütün ailə üzvlərinizə, möhkəm cansağlığı, xoşbəxtlik və uzun ömür arzulayıram.
Dərin hörmətlə,
Eldar Namazov
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında iştirak ediblər.
18 mart 2025, 12:23Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib, yeni mənzillərə...
18 mart 2025, 12:11Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən...
18 mart 2025, 10:26Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər.
Azərbaycan...
18 mart 2025, 09:38Hörmətli xanım Prezident,
Koçani şəhərində baş vermiş faciəli hadisə nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması...
17 mart 2025, 15:20Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının prokurorluq orqanlarında...
17 mart 2025, 12:46Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətində (bundan sonra – Cəmiyyət) ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi...
17 mart 2025, 10:40Martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının...
15 mart 2025, 20:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət...
15 mart 2025, 11:18Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Fələstin Dövləti arasında dostluq və...
15 mart 2025, 11:16