Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynovdan

23 dekabr 2021, 17:58

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz, həmçinin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə bundan sonra da yeni-yeni nailiyyətlər arzulamaqdan şərəf duyuram.

Bilirəm ki, bu günlərdə Sizə həm öz vətəndaşlarımız tərəfindən, həm də xarici ölkələrin dövlət və hökumət başçıları, tanınmış insanları tərəfindən çoxlu təbrik məktubları ünvanlanmaqdadır. Onlar xalqımızın rifahı və tərəqqisi üçün qarşıya qoyulan məqsədlərə çatmaqda Sizə uğurlar diləyirlər. Biz də Milli Həmrəylik Partiyası olaraq bütün bu diləklərə, təbriklərə qoşuluruq.

Eyni zamanda, mən bir qazi və partiya sədri kimi bu xoş fürsətdən istifadə edərək, milli həmrəyliyimizin bu günü və gələcəyi ilə bağlı bəzi məqamları Sizin diqqətinizə çatdırmaq istəyirəm. Daha doğrusu, Sizin milli həmrəyliyimizdəki rolunuz və bu istiqamətdə atdığınız addımlara münasibət bildirməyi, dəyərləndirməyi özümə borc bilirəm. Çünki milli birlik və həmrəylik amili dünən olduğu kimi bu gün də, sabah da Vətənimizin taleyində aparıcı xətt olaraq qalmaqda davam edəcək. Siz özünüz də bunu hamıdan yaxşı bilirsiniz və ona görə də son illərdə bu istiqamətdə bir sıra təqdirəlayiq addımlar atmısınız. Mən onlardan ikisinin üzərində xüsusi dayanmaq istəyirəm.

İlk olaraq toxunmaq istədiyim məsələ siyasi dialoq və yeni siyasi konfiqurasiya ilə bağlıdır. Sizin siyasi sahədə başladığınız islahatlar ölkədə yeni siyasi reallıqlar yaratdı və siyasi partiyaların fəaliyyətində həqiqətən də böyük bir canlanmaya yol açdı. Hazırda da partiyalarla bağlı aktivlik davam edir. Dövlətin partiyalarla bağlı siyasətinin həyata keçirilməsi və siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi məqsədilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması, siyasi partiya liderləri ilə müntəzəm görüşlərin keçirilməsi, partiyaların mənzil-qərargahlarla təmin edilməsi, bəzi partiyaların qeydiyyat məsələlərinin operativ şəkildə həll edilməsi, parlamentdə müxalif partiya təmsilçilərinin rəhbər vəzifələrə gətirilməsi, partiya sədrlərinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin təşkil edilməsi, eləcə də partiya liderləri ilə onlayn formatda birgə müzakirələrin keçirilməsi ölkədə yeni siyasi konfiqurasiyanın formalaşdırılması və siyasi partiyalarla dialoq mühitinin genişləndirilməsi müstəvisində atılmış mühüm addımlardır.

Əlbəttə, bu istiqamətdə görüləsi işlər çoxdur, proseslər hələ bitməyib və biz bu yöndə proseslərin davam etdiyini bilirik. İqtidarın siyasi partiyalarla bağlı xoşməramlı addımları davam etdirmək niyyətindən xəbərimiz var. Sevindirici haldır ki, siyasi müstəvidə yeniləşmə və islahat istiqamətləri kifayət qədər səmərəli və düzgün müəyyən edilib. Odur ki, biz görülmüş işlərin, davam edən siyasi dialoq prosesinin yekununun müsbət olacağına inanırıq. Hamımız məhz bunun üçün çalışmalıyıq. Çünki yeni siyasi konfiqurasiyanın formalaşması və siyasi dialoq istiqamətində atılan bütün addımlar ölkəmizin ümumi mənafeyinə, milli birliyin təşəkkülünə xidmət edir. Bu prosesdə iqtidarla bərabər, siyasi partiyaların da üzərinə böyük məsuliyyət düşür. Hesab edirik ki, bu proses bundan sonra da davam etdirilməli və genişləndirilməlidir. Milli birlik prosesinə siyasi partiyalar da öz töhfəsini verməlidir. Biz Milli Həmrəylik Partiyası olaraq Sizin siyasi dialoq və milli birlik istiqamətində indiyə qədər atdığınız bütün addımları dəstəkləmişik və bundan sonra da dəstəkləməyə davam edəcəyik.

Sizin milli birliyimizə xidmət edən, həmrəyliyimizi daha da gücləndirən növbəti böyük uğurunuz isə 44 günlük Vətən müharibəsində üzə çıxdı, diqqəti cəlb etdi. Həmin günlərdə Siz bütün xalqı və siyasi qüvvələri bir araya gətirməyi, hamımızı Ordumuzun və dövlətimizin ətrafında vahid güc kimi, "Dəmir yumruq" kimi sıx birləşdirməyi bacardınız. Siz bu birliyə, bu böyük gücə söykənərək irəli getdiniz, Vətənimizin maraq və mənafelərini ləyaqətlə qorudunuz, Müzəffər Ali Baş Komandan kimi şanlı Ordumuzun Qarabağımızı düşmən işğalından azad etməsi əməliyyatlarına uğurla rəhbərlik etdiniz, möhtəşəm Zəfərə imza atdınız. O müqəddəs savaş günlərində Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti ümummilli mövqedən çıxış edərək Sizin ətrafınızda, Ordumuzun ətrafında sıx birləşdi, əsl milli həmrəylik nümunəsi nümayiş etdirdi. Bu gün də biz Sizin yanınızdayıq. Düzdür, son bir il ərzində mövqeyini dəyişən, milli birlik xəttindən uzaqlaşan, populizmə meyillənən partiyalar da var. Ancaq onların mövqeyi onsuz da heç nəyi həll etmir. Çoxluq əvvəlki kimi yenə də Sizin yanınızdadır. Biz milli birlik naminə öz siyasi iradəmizi ortaya qoymuşuq.

Bu gün milli birliyimizin qorunub saxlanması, həmrəylik ruhumuzun daha da gücləndirilməsi istiqamətində daha çox iş görməliyik. Çünki biz artıq qalib dövlət, qalib xalqıq. Siyasi qüvvələr də məhz bu yeni şəraitə, qələbə gerçəkliyinə uyğun siyasət yürütməlidirlər. İkinci Qarabağ müharibəsində qazandığımız böyük Zəfər indi məsuliyyət hissimizi ikiqat artırıb. Hazırkı reallıq bizdən yeni davranışlar və yeni yanaşmalar tələb edir. Qarabağı, Şərqi Zəngəzuru işğaldan azad edən ölkənin iqtidarı da, siyasi qüvvələri də sonrakı davranışlarını milli barış müstəvisində formalaşdırmalıdır. Bunun üçün Sizin bir ölkə rəhbəri kimi olduqca geniş potensialınız var. Çünki Siz bu müharibə günlərində əsl milli həmrəylik simvoluna çevrilmişdiniz. Qalib Ordunun qalib Ali Baş Komandam kimi bu gün də cəmiyyətdə Sizə qarşı böyük bir rəğbət və inam hissi müşahidə edilməkdədir. Qeyd etməliyəm ki, milli birliyimizin davam etdirilməsi üçün bu rəğbət, bu inam hissi çox vacib komponentdir, mühüm amildir.

Vətən müharibəsi günlərində biz hamımız birlikdə tarixi sınaqdan şərəflə çıxdıq, Zəfərə imza atdıq. İndi bizim qarşımızda işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi, yenidən qurulması istiqamətində mühüm vəzifələr dayanır. Siz bu sahədə də böyük işlər görürsünüz. Böyük Qayıdışımız üçün zəmin yaradırsınız. Eləcə də sərhədlərin delimitasiyası və demarkasiyasına nail olmaq üçün, Zəngəzur dəhlizinin açılması üçün, Ermənistanın sülhə məcbur edilməsi üçün beynəlxalq müstəvidə misilsiz diplomatik səylər göstərir, milli maraqlarımızı qorumaq üçün qətiyyətlə mübarizə aparırsınız. Biz bütün bunları görürük, prosesləri diqqətlə izləyirik və yüksək qiymətləndiririk. Siz bütün sahələrdə böyük yeniliklər, sürətli inkişaf yoluna çıxmış bir ölkənin lideri kimi siyasi qüvvələrimizin əksəriyyəti tərəfindən dəstəklənirsiniz. Biz də Milli Həmrəylik Partiyası olaraq hər zaman Sizin yanınızdayıq, cənab Prezident! Milli barışa, milli birliyə, milli həmrəyliyə xidmət edən addımlarınızı daim təbliğ edirik. Vətən və xalq naminə görülən hər bir işi dəstəkləmək mənəvi borcumuz, milli vəzifəmizdir!

Qarşıdan gələn əlamətdar günlər münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, doğum gününüz münasibətilə Sizə həm öz adımdan, həm də partiya üzvlərimiz adından möhkəm cansağlığı və xoş günlər diləyir, ən səmimi təbriklərimi və arzularımı çatdırıram.

Uğurlar, cənab Prezident.

Hörmətlə,

Əlisahib Hüseynov

Milli Həmrəylik Partiyasının sədri,

Birinci Qarabağ müharibəsinin iştirakçısı.

SƏNƏDLƏR Fərmanlar 30 aprel 2025
16:53
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

30 aprel 2025, 16:53
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:09
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”...

29 aprel 2025, 16:09
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:07
Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini,...

29 aprel 2025, 16:07
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2025
12:11
Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 8 aprel tarixli 1658 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan...

29 aprel 2025, 12:11