Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylidən

24 dekabr 2021, 10:36

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi 60 illik yubileyiniz münasibətilə rəhbərlik etdiyim Aydınlar Partiyası adından təbrik edir, Sizə və ailənizə ən xoş arzularımı bildirirəm.

Azərbaycan Respublikasına rəhbərlik etdiyiniz dövrdə görülən işlər, xüsusən də ordu quruculuğu, işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün həyata keçirdiyiniz tədbirlər danılmazdır. 44 günlük Vətən müharibəsi dövründə Sizin Ali Baş Komandanlığınız altında Azərbaycan xalqı tarixi qələbələr əldə edərək erməni işğalına son qoydu. Sizin rəhbərliyiniz və Ali Baş Komandan kimi qətiyyətli iradəniz nəticəsində qazanılan bu tarixi Zəfər Azərbaycan xalqının və dövlətinin qüdrətinin rəmzinə çevrilərək son iki yüz ilə yaxın dövrdə Azərbaycan xalqına dəfələrlə milli fəlakətlər gətirmiş erməni şovinizminə sarsıdıcı zərbə endirdi və xalqımızın tarixi taleyi ilə bağlı olan mühüm bir məsələnin həlli ilə nəticələndi. Azərbaycanın tarixi ərazisi olan Qarabağın və Şərqi Zəngəzurun erməni işğalından azad edilməsi xalqımızın uzun illər davam edən məğlubiyyət əhval- ruhiyyəsinə son qoyaraq onu qalib xalqa çevirdi.

Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə hərb meydanında qazanılan Qələbənin diplomatik masada təsbiti, işğaldan azad olunmuş ərazilərimizdə abadlaşdırma, bərpa və yenidənqurma işlərinin həyata keçirilməsində və başladığınız siyasi islahatların tamamlanmasında Sizə uğurlar diləyir, dövlətimiz və xalqımızın qüdrətinin daha da gücləndirilməsi üçün atdığınız və atacağınız addımları dəstəklədiyimizi bildirirəm.

Hörmətlə,

Qulamhüseyn Əlibəyli

Aydınlar Partiyasının sədri

SƏNƏDLƏR Fərmanlar 30 aprel 2025
16:53
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

30 aprel 2025, 16:53
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:09
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”...

29 aprel 2025, 16:09
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:07
Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini,...

29 aprel 2025, 16:07
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2025
12:11
Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 8 aprel tarixli 1658 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan...

29 aprel 2025, 12:11