Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi Böyük Azərbaycan Partiyası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Fürsətdən istifadə edərək, Vətən müharibəsində qazandığımız qələbəyə verdiyiniz töhfəyə və tarixi xidmətlərinizə görə Sizə öz təşəkkürümü bildirirəm.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqımızın rifahı naminə gördüyünüz işlərdə uğurlar arzulayıram.
Hörmətlə,
Elşad Musayev
Böyük Azərbaycan Partiyasının sədri