Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımovadan

24 dekabr 2021, 10:49

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirməniz sayəsində ötən 18 il Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olmuşdur. Gənc dövlətimizin əsaslarının möhkəmliyi, həyata keçirilən strategiyanın səmərəliliyi Sizin liderlik keyfiyyətləriniz, zəkanız, siyasi iradəniz sayəsində mümkün olub.

Möhtərəm Prezident, Sizin fenomenal siyasi liderlik keyfiyyətləriniz sayəsində respublikamız beynəlxalq münasibətlər sistemində mühüm yer qazanmışdır. Sizin adınız ölkəmizin inkişafı və sabitliyi ilə assosiasiya olunur. Bu, Sizin ötən 18 il ərzində ölkəmizə dünya miqyasında qazandırdığınız nüfuzun parlaq təcəssümüdür.

2020-ci ildə 44 gün ərzində 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azadlığı uğrunda başlatdığınız haqq savaşında Azərbaycan xalqı bir nəfər kimi Sizin ətrafınızda birləşdi. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiya və təşkilatlar öz Prezidentinin ətrafında bir yumruq kimi birləşərək düşmənə qarşı mübarizədə vahid mövqedən çıxış etdi. Bu, Sizin yürütdüyünüz demokratik, milli maraqlara əsaslanan, dövlətçiliyin qorunmasını və inkişafını özündə ehtiva edən siyasətin mühüm nəticələridir.

Cənab Prezident, son 200 illik tariximizin ən şanlı səhifəsi məhz Sizin rəhbərliyinizlə yazıldı. 44 günlük Vətən müharibəsi dövründə hər bir çıxışınız, hər bir sözünüz xalqımız üçün bir bayrama çevrildi. Kəndlərimizin, şəhərlərimizin düşmən əsarətindən azad olunması xəbərini Sizdən eşitmək böyük fərəh hissi idi. Xalqımız bu gün də həmin qürurun sevincini yaşamaqdadır. Vətən müharibəsində əldə olunan Qələbənin siyasi təməllərinin möhkəmləndirilməsi uğrunda nümayiş etdirdiyiniz fəaliyyət böyük siyasi məktəbdir. Hər bir azərbaycanlı bu mübarizədə Sizin yanınızda yer alır, Sizi dəstəkləyir.

Möhtərəm Cənab Prezident, Azərbaycan Sosial Rifah Partiyası hər zaman Sizin apardığınız böyük siyasi fəaliyyəti yaxından izləyir və dəstəkləyir. Azərbaycanımızın inkişafı, vətəndaşımızın rifahı və milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində gördüyünüz işlər yüksək dəyərləndirilir.

Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə fəaliyyətinizdə uğurlar arzu edir, cansağlığı diləyirik. Əminik ki, Sizin rəhbərliyinizlə öz inkişaf tarixinin yeni mərhələsini yaşayan Azərbaycan dövləti daha da inkişaf edəcək, güclənəcək. Sizin "Qarabağ Azərbaycandır" və "Biz birlikdə güclüyük" şüarınız Azərbaycan xalqının gələcəyə inamının ən böyük mayakıdır!

Hörmətlə,

Əsli Kazımova

Azərbaycan Sosial Rifah Partiyasının sədri.

SƏNƏDLƏR Fərmanlar 30 aprel 2025
16:53
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

30 aprel 2025, 16:53
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:09
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”...

29 aprel 2025, 16:09
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:07
Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini,...

29 aprel 2025, 16:07
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2025
12:11
Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 8 aprel tarixli 1658 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan...

29 aprel 2025, 12:11