13:09
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lıci ilə görüşüb.
23 aprel 2025, 13:09Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident,
Gürcüstan xalqı adından və şəxsən öz adımdan Sizə 60 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi çatdırıram. Sizin rəhbərliyinizlə Azərbaycan müasir müstəqil və uğurlu dövlət quruculuğunda mühüm nailiyyətlər əldə etmişdir.
Bu, bir danılmaz faktdır ki, regionumuz malik olduğu gesosiyasi potensialını tam istifadə etməkdə çoxlu problem və maneələrlə üzləşmişdir. Gürcüstan ilə Azərbaycanı əsrlər boyu dostluq, mehriban qonşuluq münasibətləri, qarşılıqlı hörmət və ümumi maraqlar birləşdirir. Buna görə də mən qəti şəkildə inanıram ki, biz birlikdə ümumi regional problemlərimizi regional imkanlara çevirəcəyik. Əminəm ki, biz birgə səylərimizlə regionda sülhü və sabitliyi möhkəmləndirəcəyik. Bunun isə təkcə region deyil, dünya üçün faydalı nəticələri olacaqdır. Bizim üçün Qafqazın iqtisadi potensialını tam reallaşdırmaq və regionu Şərqlə Qərb arasında əlaqə mərkəzinə çevirmək zamanıdır.
Fürsətdən istifadə edərək, Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Sizin ölkələrimiz arasında əlaqələrin dərinləşməsi ilə bağlı möhkəm qətiyyətiniz gələcək nəsillər üçün dostluq və qarşılıqlı hörmət nümunəsi olaraq qalacaqdır. Mən Gürcüstan ilə Azərbaycan arasında strateji əlaqələrin möhkəmlənməsinə dəstəyimi bir daha təsdiqləyirəm. Əminəm ki, biz əməkdaşlığımızı dərinləşdirəcəyik, qarşıya yeni məqsədlər qoyacaq və onun nəticələrindən bəhrələnəcəyik.
Zati-aliləri, xahiş edirəm, Sizə olan ən yüksək ehtiramımı qəbul edin. Sizə və dost Azərbaycan xalqına cansağlığı, firavanlıq, Yeni ildə yeni uğurlar arzulayıram.
Hörmətlə,
Salome Zurabişvili
Gürcüstanın Prezidenti
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lıci ilə görüşüb.
23 aprel 2025, 13:09Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib.
23 aprel 2025, 12:41Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:
1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...
21 aprel 2025, 16:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri...
21 aprel 2025, 16:38