Professor Elmira Süleymanovadan

24 dekabr 2021, 12:55

Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident,

Sizi - xalqımızın müzəffər Prezidenti, qüdrətli Ali Baş Komandan, güclü sərkərdə və diplomat, dünya şöhrətli siyasi və dövlət xadimini şərəfli 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə sağlam uzun ömür, ailə xoşbəxtliyi, çoxşaxəli ölkədaxili və beynəlxalq fəaliyyətinizdə yeni zirvələr fəth etməyi arzulayıram.

Hakimiyyətiniz dövründə həqiqətən hər bir azərbaycanlının Prezidenti olmaqla, dövlətimizin, ordumuzun gücləndirilməsində, insanların rifahının yüksəlməsində, əhalinin bütün qruplarının sosial, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə ehtiyaclarının təmin olunmasında ölçüyəgəlməz uğurlara nail oldunuz.

Həm daxili, həm də xarici müdrik, qətiyyətli, cəsarətli siyasətinizdə uğurlar sırasında xüsusi yer tutan, tariximizə yeni şanlı səhifələr yazmış 44 günlük Vətən müharibəsində, dünya hərb təcrübəsində ilk dəfə olaraq qəhrəman xalqımızı, rəşadətli ordumuzu dəmir yumruq kimi ətrafınızda sıx birləşdirərək möhtəşəm zəfər çalmaqla özünüzü dünyaya bir daha güclü siyasi, dövlət xadimi, diplomat kimi tanıtdınız, xalqımızın isə qəhrəman, sülhpərvər, humanist, böyük quruculuq enerjisinə malik olduğunu nümayiş etdirdiniz.

Müharibənin ilk günündən torpaqlarımızın azad olunması haqqında Sizə sonsuz inamı, etibarı, ümidi, məhəbbəti olan xalqımızı ruhlandırdınız, qəhrəmanlıqla, fədakarlıqla, vətənpərvərliklə döyüşən ordumuzu durmadan irəli, insanları coşqu ilə, Sizə minnətdarlıqla möhtəşəm, dünyada analoqu olmayan Zəfərə doğru apardınız.

Milli liderimiz Heydər Əliyevin inkişaf strategiyalarını müharibə şəraitində daha da inkişaf etdirdiniz, zənginləşdirdiniz, zahirən həllolunmaz görünən çətinlikləri aradan qaldırılmağı bacardınız, 30 il erməni vandallarının işğalında qalmış, darmadağın edilmiş torpaqlarımızı azad etdiniz və dünyaya müharibəyə son qoyulduğunu, Dağlıq Qarabağ məhfumunun artıq olmadığını, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan etdiniz.

Vətən müharibəsində Zəfərimizin yüksək əhəmiyyətli nəticələrini sadalamaqla bitməz. Ölkəmizin ərazi bütövlüyü bərpa edildi, ata-baba yurdu həsrəti ilə yaşayan məcburi köçkün soydaşlarımızın üzərindən bu ad götürüldü və onların öz torpaqlarına qayıtması ümidi çin oldu, kobudcasına pozulmuş hüquqları bərpa olundu.

Həm ölkədaxili, həm də beynəlxalq siyasətinizdə bir güclü şəxsiyyət kimi nailiyyətlərinizin kökündə Sizin zəngin genetik kökləriniz, çoxşaxəli fitri istedadınız, geniş intellektiniz, siyasi meydanda sərbəst şəkildə bir neçə dildə diskussiya aparmaq mədəniyyətiniz, ağır, ən çətin suallara bir anda dəqiq cavablar tapmaq bacarığınız Sizi dünyanın öndər liderləri sırasına çıxarıb.

Həmrəyliyin gücləndirilməsində müstəsna xidmətləriniz beynəlxalq arenada çox yüksək dəyərləndirilir və türk dövlətlərinin ən nüfuzlu ordeni ilə təltif olunmağınız bunu bir daha təsdiqləyir.

Sizi bu yubiley gününüzdə qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm. Bu il xalqımız üçün sülh, əmin-amanlıq, hərtərəfli inkişafda yeni nailiyyətlər ili olsun. Ailənizə uğurlar, xöşbəxtlik arzulayıram.

Hörmətlə,

Professor Elmira Süleymanovа

SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:09
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”...

29 aprel 2025, 16:09
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:07
Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini,...

29 aprel 2025, 16:07
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2025
12:11
Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 8 aprel tarixli 1658 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan...

29 aprel 2025, 12:11