13:09
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lıci ilə görüşüb.
23 aprel 2025, 13:09Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Altmış illik yubileyiniz münasibətilə GUAM Katibliyi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram.
Bu yubiley müstəqil Azərbaycanın yeni və uğurlu tarixi ilə sıx bağlı olan olan həyatınızda əlamətdar hadisədir. Bu yubiley həm də Sizin milli dövlət quruculuğu və dövlətin inkişafı istiqamətində uzun illər davam edən gərgin, fədakar və yorulmaz fəaliyyətinizi bir daha əks etdirir. Həmçinin son onilliklərdə ölkənin mövqeyinin, nüfuzunun və rolunun müasir dünyada daha da yüksəlməsinə təkan verən əlamətdar hadisələri və tarixi nailiyyətləri özündə birləşdirir və əks etdirir.
Sizin rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişaf sahəsində və beynəlxalq məsələlərdə yeni nailiyyətlər əldə edib. Dinamik iqtisadiyyatı, güclü və müasir ordusu, fəal, sülhsevər və konstruktiv xarici siyasəti ilə Azərbaycan geostrateji əhəmiyyəti getdikcə artan regionda əsas və nüfuzlu aktora çevrilərək Şərqlə Qərb arasında yeni yaranmaqda olan enerji və kommunikasiya sistemlərində mühüm rol oynayır. Azərbaycan beynəlxalq arenada fəal və məsuliyyətli aktor, həm də sülh, dialoq və qarşılıqlı anlaşmanın carçısı, bir çox qlobal layihələrin tərəfdarı və bu layihələrə töhfə verən ölkə kimi tanınır.
2020-ci ildə Sizin komandanlığınızla Azərbaycanın şanlı Silahlı Qüvvələrinin öz tarixi torpaqlarını işğaldan azad etməsi ilə nəticələnən Vətən müharibəsində qazandığı Zəfər nailiyyətlərinizin kulminasiya nöqtəsi oldu. Bu isə ölkənizin tarixində yeni səhifə açdı, xalqın milli ləyaqətini və inamını özünə qaytardı, həmçinin milli ideya ətrafında daha da möhkəmlənərək onun tarixi əzəmətini bərpa etməyə zəmin yaratdı.
Bu nailiyyətlər əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Vətən naminə fədakar xidmətinizlə davam etdirilən konsepsiya və strategiyanın uğurla həyata keçirilməsinin nəticəsidir.
Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, yubileyiniz və əldə etdiyiniz nailiyyətlər münasibətilə Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, güc və enerji, milli lider və Ali Baş Komandan kimi xalqın və ölkənin tərəqqisi və rifahı naminə tarixi missiyanızda yeni-yeni böyük nailiyyətlər diləyirəm.
Hörmətlə,
Altay Əfəndiyev
GUAM-ın Baş katibi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lıci ilə görüşüb.
23 aprel 2025, 13:09Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib.
23 aprel 2025, 12:41Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:
1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...
21 aprel 2025, 16:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri...
21 aprel 2025, 16:38