Qafqaz Müsəlmanları İdarəsinin Şimali Qafqazda səlahiyyətli nümayəndəsi Şaqabitdin Kerimovdan

27 dekabr 2021, 11:39

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu,

Şimali Qafqaz müsəlmanları adından və şəxsən öz adımdan Sizi

60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Tanrıya dua edərək Sizə firavanlıq, xoşbəxtlik, qardaş Azərbaycan xalqının rifahı, Qafqazda və bütün dünyada möhkəm sülh naminə fəaliyyətinizdə yeni uğurlar və zəfərlər arzu edirəm.

Siz Azərbaycan Respublikasının Prezidenti və öz xalqının lideri kimi ölkənizin sosial-iqtisadi inkişafı və onun beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi işində mühüm nəticələrə nail olmusunuz. Siz Azərbaycan xalqının mənəvi-əxlaqi inkişafı məsələlərinə, İslamın həqiqi mənəvi dəyərlərinin möhkəmlənməsinə, dinlərarası və millətlərarası həmrəyliyin qorunub saxlanmasına və dərinləşməsinə böyük diqqət yetirirsiniz.

Siz atanız, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin işini davam etdirərək Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin ərazi bütövlüyünün bərpası üçün misilsiz xidmətlər göstərmisiniz. Sizin parlaq diplomatik istedadınız, siyasi müdrikliyiniz və qeyri-adi liderlik keyfiyyətləriniz sayəsində bu gün Azərbaycan regionda şəksiz lider və keyfiyyətcə yeni geosiyasi şəraitin yaradılmasının lokomotivi, sabitliyin, sülhün və mehriban qonşuluğun carçısıdır.

Sizin mərdliyinizə, qətiyyətinizə və müdrik uzaqgörənliyinizə - yalnız həqiqətən güclü və cəsur insana xas olan keyfiyyətlərinizə görə Şimali Qafqazın bütün müsəlmanları adından Zati-alinizə təşəkkürümü bildirməyi özüm üçün şərəf sayıram.

Zati-aliləri, biz, Qafqaz müsəlmanlarının nümayəndələri daim Sizin yanınızda olacağıq. Biz Qafqazda və bütün dünyada sülh, sabitlik və rifah naminə qadir Allaha dua edirik, inşallah.

Ulu Tanrı yorulmaz fəaliyyətinizdə Sizə kömək olsun, mərhəmətini Sizdən heç vaxt əsirgəməsin.

Dərin hörmətlə,

Şaqabitdin Kerimov

Qafqaz Müsəlmanları İdarəsinin

Şimali Qafqazda səlahiyyətli nümayəndəsi

SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:09
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”...

29 aprel 2025, 16:09
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:07
Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini,...

29 aprel 2025, 16:07
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2025
12:11
Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 8 aprel tarixli 1658 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan...

29 aprel 2025, 12:11