Birinci vitse-prezident Mehriban Əliyeva Fatma Səttarovanı 100 illik yubileyi münasibətilə təbrik edib

25 yanvar 2022, 12:02

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarovanı 100 illik yubileyi münasibətilə təbrik edib.

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində bununla bağlı paylaşım edib.

Paylaşımda deyilir: “Əziz Fatma xanım!

Sizi 100 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə ən xoş arzularımı çatdırıram! Sizin parlaq şəxsiyyətiniz və həyat yolunuz heyranlıq doğurur! Biz Sizi çox sevirik, Sizinlə fəxr edirik! Uca Tanrı Sizə bundan sonra da tükənməz enerji, gümrahlıq və nikbinlik dolu neçə-neçə illər bəxş etsin. Bu əlamətdar gündə Sizə və doğmalarınıza möhkəm cansağlığı, nurlu, xoş günlər və səadət arzulayıram!

 

Dərin hörmətlə,

Mehriban”.

SƏNƏDLƏR Sərəncamlar 21 aprel 2025
16:40
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...

21 aprel 2025, 16:40