Serbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandar Vuçiçə

14 fevral 2022, 16:12

Hörmətli cənab Prezident,

Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Dinamik inkişaf yolunda olan Azərbaycan-Serbiya münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, müxtəlif sahələrdə səmərəli əməkdaşlığımız münasibətlərimizin məzmununu real şəkildə əks etdirir.

İnanıram ki, ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin, strateji tərəfdaşlığımızın hərtərəfli inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Serbiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 fevral 2022-ci il

SƏNƏDLƏR Sərəncamlar 21 aprel 2025
16:40
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...

21 aprel 2025, 16:40