Türkmənistanın yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Sərdar Berdiməhəmmədova

15 mart 2022, 17:20

Hörmətli Sərdar Qurbanquliyeviç,

Türkmənistanın Prezidenti vəzifəsinə keçirilmiş seçkilərdə qazandığınız qələbə münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan Respublikası tarixi, dini və mədəni köklərlə bağlı olduğu qardaş Türkmənistan ilə ənənəvi dostluq əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. İkitərəfli münasibətlərdə mövcud olan yüksək səviyyəli siyasi dialoq, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız məmnunluq doğurur. Əminəm ki, Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığı bundan sonra da birgə səylərimizlə inkişaf edərək ölkələrimizin rifahına xidmət edəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkmənistanın firavanlığı naminə qarşıdakı ali dövlətçilik fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 mart 2022-ci il

SƏNƏDLƏR Sərəncamlar 21 aprel 2025
16:40
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...

21 aprel 2025, 16:40