01 sentyabr 2012, 12:00

Samir İmanovdan, Dubay, Birləşmiş Ərəb Əmirliyi

Zati-aliləri,

Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan ordusunun zabiti Ramil Səfərovun Bakıya gətirilməsi və əfv olunması barədə imzaladığınız humanist Sərəncama görə, BƏƏ-də yaşayan yüzlərlə azərbaycanlı adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Bu Sərəncam Azərbaycan xalqına edilən böyük hədiyyədir və hər birimizə bəxş etdiyiniz böyük sevincdir.

Fürsətdən istifadə edərək Sizə bildirmək istəyirəm ki, BƏƏ-də yaşayan azərbaycanlılar apardığınız daxili və xarici siyasəti dəstəkləyir və son iki prezident seçkilərində Dubayda fəal iştirak edərək Sizin namizədliyinizi yekdilliklə dəstəklədiyi kimi, 2013-cü il prezident seçkilərində yenə bunu böyük ruh yüksəkliyi və şərəflə edəcəkdir. Sizə möhkəm cansağlığı və işlərinizdə böyük uğurlar arzu edirik.

Dərin hörmətlə,

Samir İmanov, “Azərbaycan” Cəmiyyətinin sədri.
Birləşmiş Ərəb Əmirliyi, Dubay şəhəri.